Azərbaycanlı yazıçının ilk nəşri cəmi 3-4 saata satılan kitabı Misirdə ərəb dilində nəşr olunub
Tanınmış yazıçı, psixoloq Rövşən Abdullaoğlunun psixoloji-detektiv janrda qələmə aldığı "Abaddon" romanı Misirdə "Jusur Publishing” nəşriyyatı tərəfindən ərəb dilində çap olunub.
Bu, R.Abdullaoğlunun ərəb dilində işıq üzü görən ilk kitabıdır. Kitab ilk dəfə Qahirə Kitab Sərgisində oxucuların diqqətinə təqdim olunub.
“Abaddon” romanı Azərbaycanda 2018-ci ildə işıq üzü görüb və ilk nəşri cəmi 3-4 saata satılaraq bitib.
Bu vaxta kimi Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitab ABŞ-nin ˝Readers’ Favorite˝ beynəlxalq kitab müsabiqəsində münsiflərin rəyi əsasında maksimum bal toplayaraq "beş ulduz" fərqlənmə nişanı ilə təltif edilib.
Qeyd edək ki, müxtəlif janrlarda ümumilikdə 28 kitab müəllifi olan Rövşən Abdullaoğlu “PEN America” yazıçılar birliyinin üzvüdür. Ədibin bir neçə kitabı ingilis, rus və türk dillərinə tərcümə edilib. İngilis dilinə tərcümə olunmuş əsərləri ABŞ-nin “IndieReader", “Kirkus", “Readers’ Favorite" və “Self-Publishing Review" kimi nüfuzlu ədəbi tənqid qurumlarından yüksək rəy alıb.
Azərbaycanda bir sıra dövlət qurumları tərəfindən mükafatlandırılan R.Abdullaoğlunun əsərlərinin motivləri əsasında bu yaxınlarda “Bu şəhərdə kimsə yoxdur” adlı serialın çəkilişlərinə də başlanılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 14 saat sonra
- 10 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti















.jpg)











.jpg)

