Türkiyə Mərkəzi Bankının sədri dəyişdi
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) sədri Hafize Gaye Erkanın vəzifəsindən azad edilməsi xahişindən sonra, Fatih Karahan TCMB-nin yeni sədri olub.Hafize Gaye Erkanın vəzifəsindən azad edilməsi ilə bağlı müraciətindən sonra, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankına (TCMB) yeni sədr təyin olunub.
Marja.az xəbər verir ki, "Rəsmi Qəzet"də dərc olunan Fərmana görə, Fatih Karahan yeni sədrdir.
Fərmanda, “Türkiyə Respublikası Mərkəzi Bankının sədri Hafize Gaye Erkan Prezidentin (Rəcəb Tayyib Ərdoğan - red) Fərmanı ilə vəzifəsindən azad edilib. Sədr müavini Fatih Karahan, Prezident Fərmanı ilə yeni sədr təyin edilib",- deyilir.
Hafize Gaye Erkanın sədrliyi ilə TCMB faizini 2023-cü ilin iyunundan 2024-cü ilin yanvarına qədər 8,50 faizdən 45 faizə qaldırıb.
Seçkilərdən sonra 9 iyun 2023-cü il tarixli Prezidentin Fərmanı ilə Hafize Gaye Erkan TCMB sədri vəzifəsinə təyin edilmişdi. O, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının ilk qadın sədri olub.
Fatih Karahan kimdir?
1982-ci ildə Əskişəhərdə anadan olan Fatih Karahan 2006-cı ildə Boğaziçi Universitetinin Riyaziyyat və Sənaye Mühəndisliyi fakültəsini bitirib. 2012-ci ildə Pensilvaniya Universitetində İqtisadiyyat üzrə magistr və doktorantura təhsili alıb.
Karyerasına 2012-ci ildə Nyu York Federal Ehtiyat Bankında iqtisadçı kimi başlayan Karahan, 2022-ci ilə qədər sözügedən qurumda Əmək və Məhsul Bazarı Araşdırmaları rəhbəri və pul siyasəti müşaviri vəzifələrində çalışıb.
Kolumbiya Universitetində və Nyu York Universitetində yarımştat müəllim kimi də çalışan Karahan, 2022-ci ildə Amazonda baş iqtisadçı kimi işə başlayıb. Karahan 2022-ci ilin noyabrında Amazon-da baş iqtisadçı vəzifəsinə təyin edilib.
Karahan 28 iyul 2023-cü ildə Türkiyə Respublikası Mərkəzi Bankının sədr müavini vəzifəsinə təyin edilib.
"Məni vəzifədən azad edin"
Sabiq TCMB sədri Hafize Gaye Erkan sosial media hesabında paylaşım edərək vəzifəsindən azad olunmasını istəyib.
Erkan: “Hörmətli prezidentimizdən ilk gündən şərəflə yerinə yetirdiyim vəzifəmdən azad olunmağımı xahiş etdim”, bildirib. Xəzinə və maliyyə naziri Şimşək Erkanın qərarının tamamilə şəxsi olduğunu qeyd edərək, “Bu qərara hörmətlə yanaşıram və ölkəmizə verdiyi dəyərli xidmətlərə və töhfələrə görə ona təşəkkür edirəm” deyib.
Son vaxtlar Hafize Gaye Erkan qarşı nüfuzdan salma kampaniyası təşkil edilib: "Ailəmin və heç bir yaş yarımı olmayan günahsız övladımın bu prosesdən daha da mənfi təsirlənməsinin qarşısını almaq üçün cənab prezidentimizdən xahiş etmişəm ki, ilk gündən şərəflə yerinə yetirdiyim vəzifədən məni azad etsin".
Mərkəzi Bankın sədri Hafize Gaye Erkanın istefasından sonra xəzinə və maliyyə naziri Mehmet Şimşək yazılı açıqlama verib.
Açıqlamada aşağıdakı ifadələr yer alıb:
- Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən iqtisadi proqramımız fasiləsiz və qətiyyətlə davam edir,
- Prezidentimiz iqtisadi komandamıza və həyata keçirdiyimiz proqrama tam dəstək və etimad göstərir. Mərkəzi Bankın keçmiş sədri Hafize Qaye Erkanın verdiyi qərar tamamilə şəxsi və öz mülahizələri ilə bağlıdır.
Qeyd edək ki, Türkiyə Prezident idarəetmə sisteminə keçdikdən sonra Mərkəzi Bankın sədri vəzifəsinə təxminən altı ildə 5 fərqli ad təyin edilib. Beş nəfərin hamısı dörd illik qanuni müddətini başa vurmadan vəzifəsini tərk etməli olub. Son üç ildə TCMB-ni tərk edən dörd sədr olub.
Kamuoyunun malumu olduğu üzere 8 Haziran 2023 tarihinden bu yana Türkiye Cumhuriyet Merkez Bankası Başkanlığı görevini sürdürmekteyim.
— Hafize Gaye Erkan (@hafizegayeerkan) February 2, 2024
Her bir karış toprağı için bedel ödenmiş bu topraklarda doğmuş, büyümüş, eğitim görmüş bir vatan evladı olarak, bu kutsal görev şahsıma tevdi…
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 saat sonra
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
- 30 san. sonra
-
-
4 d. əvvəl
Xalq Bank ölkənin ən çox vergi ödəyən 100 şirkəti sırasındadır
- 27 d. əvvəl
-
1 saat əvvəl
“Bank Respublika”nın “Qızıl Seçim” lotereyasının ikinci tirajına sayılı günlər qaldı
-
1 saat əvvəl
ABŞ ordusu İran limanlarına qarşı dəniz blokadasına başlayır
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Tarixi an: PAŞA Bank səhmlərinin abunə yazılışı başladı!
Xalq Bank ölkənin ən çox vergi ödəyən 100 şirkəti sırasındadır
ABŞ ordusu İran limanlarına qarşı dəniz blokadasına başlayır
Neft blokada xəbəri ilə bahalaşıb
Bu gün "PAŞA Bank"ı 1 milyard manatdan çox bazar dəyrinə çatdıra biləcək "səhmlərin abunə yazılışı" başlayır
Ən çox oxunanlar
Tramp: Hörmüz Boğazını blokadaya alacağıq
Macarıstanda 16 illik hakimiyyətin sonu
AYNA taksilərlə bağlı qaydaların dəyişdiyinə dair yayılan xəbərlərə aydınlıq gətirib
"Bank of Baku" “Top 100” vergi ödəyicisi siyahısında - BANK ÖTƏN İL 15 MİLYON MANAT VERGİ ÖDƏYİB
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb


















