Bakıda ilk dəfə təkrəngli işıqforlar quraşdırılıb
Bakı Nəqliyyat Agentliyi (BNA) “Sovetski” layihəsi çərçivəsində salınan yeni yollarda nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri tədbirlərin icrasını təmin edib.
BNA-dan daxil olan məlumata görə, layihə çərçivəsində salınan yollarda 251 ədəd müxtəlif təyinatlı yol nişanı quraşdırılıb. Nişanlanma və yol-cizgi xətlərinin çəkilməsi şəhərin inkişaf edən simasına uyğun olaraq daha müasir tərtibatda həyata keçirilib. Yeni salınan yollarda hərəkət istiqamətlərini bildirən məlumat lövhələri qoyulub.
"Sözügedən ərazidə 17 ədəd piyada keçidi salınıb. Paytaxtın digər küçə və prospektlərindən fərqli olaraq, burada işıqforlarla nizamlanan piyada keçidləri xüsusi qırıq xətlərlə nişanlanıb. Piyadaların yolun hərəkət hissəsində diqqətli olmaları üçün xəbərdaredici məlumatlar yazılıb. Paytaxtda xarici turistlərin olduğunu nəzərə alaraq, bu məlumatlar ingilis dilində də qeyd edilib. Hərəkətin təhlükəsizliyi nəzərə alınaraq işıqfor dirəklərində də 3 dildə (Azərbaycan, rus və ingilis) xəbərdaredici məlumat lövhələri quraşdırılıb", - deyə BNA-dan bildirilib.
Fiziki imkanları məhdud və uşaq arabası ilə olan şəxslərin də rahat hərəkət etməsi üçün piyada keçidlərində ümumilikdə 34 ədəd pandus qoyulub. İlk dəfə olaraq məhz burada bəzi piyada keçidlərində yalnız sarı xəbərdaredici işığı olan işıqforlar quraşdırılıb. Ümumilikdə, ərazidə 44 ədəd işıqfor quraşdırılıb. Bu işıqforların 8-i xüsusi sensorla təchiz edilib. Belə işıqforlar eyni zamanda görmə qabiliyyəti məhdud olan şəxslərin yolu təhlükəsiz keçməsi üçün nəzərdə tutulub. Belə ki, piyada əllə sensorlu qurğuya toxunduqdan sonra işıqforu piyada keçidi rejiminə keçirə bilər.
"Sovetski" layihəsi çərçivəsində salınan yeni yollarda 8 ədəd avtobus dayanacaq pavilyonu da qoyulub. Bu dayanacaqdakı məlumat lövhələri də yeni tərtibatda dizayn edilib. Lövhədə dayanacaq məntəqəsinin ünvanı, ordan keçən marşrut xətləri ilə bağlı məlumatlar öz əksini tapıb", - deyə məlumatda qeyd edilib.
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 10 d. əvvəl
-
- 27 d. əvvəl
-
30 d. əvvəl
İSB Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna üzv qəbul olunub
-
54 d. əvvəl
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Gələcəyə böyük addım: Payonix BOKT-un aktivləri və gəlirləri sürətlə artır!
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
“Korgöz-Tikinti-Material”nın zərəri azalıb
Ən çox oxunanlar
İyunun 6-da gözlənilən hava şəraiti
Dəmir zavodu layihəsilə bağlı növbəti müqavilələr imzalanıb - 800 MİLYON DOLLAR İNVESTİSİYA, 1600 İŞ YERİ
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı























