Azerconnect şirkətinin Qarabağa investisiyası 60 milyon manata çatacaq
Azərbaycanda İKT və yüksək texnologiyalar sahəsində innovasiyaların tətbiqi ilə seçilən Azerconnect şirkəti tərəfindən Azərbaycanın azad edilmiş ərazilərində telekommunikasiya infrastrukturunun bərpasına və inkişafına yatırılan sərmayənin həcmi 60 milyon manata çatacaq.
Bu barədə Marja.az-a Şirkətdən bildirilib.
Qeyd edilib ki, ölkəmizin Qarabağ bölgəsində telekommunikasiya şəbəkəsinin qurulmasına bu günə kimi Azerconnect tərəfindən artıq 24 milyon manat həcmində sərmayə yatırılıb.
NEQSOL Holding-in tərkibinə daxil olan Azerconnect şirkəti həmçinin regionda daimi əsaslı yeni iş yerlərinin açılması istiqamətində də fəaliyyətini davam etdirir. Belə ki, Azerconnect tərəfindən yaxın zamanda 100-ə yaxın şəxsin yeni iş yerləri ilə təmin edilməsi nəzərdə tutulub.
Qeyd olunanlar azad olunmuş ərazilərdə telekommunikasiya infrastrukturunun bərpası və inkişafı, eləcə də ən son texnologiyaların tətbiqinə öz töhfəsini verəcək.
Görülən bu işlər NEQSOL Holding-in Azərbaycanın azad edilmiş ərazilərinə ümumilikdə 200 milyon manatadək sərmayə yatırmaq planlarının bir hissəsidir.
Azerconnect dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində beynəlxalq standartlara uyğun müxtəlif xidmətlər təqdim edən şirkətdir və NEQSOL Holding-in tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
17 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)

