Dollar/Türk Lirəsi həftəyə rekordla başlayıb
ABŞ Dolları/Türk Lirəsi məzənnəsi 2023-cü ilin Sentyabr ayından etibarən tədricən yüksəlişini davam etdirərək günə 30.7005 lirə səviyyəsindən başlayıb.
Marja.az xəbər verir ki, bu gün ölkənin daxili gündəminə; Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək Nazirlər Kabinetinin iclası, Xəzinə hərracları və dekabr ayı üzrə əmək statistikası daxildir.
Türkiyə Mərkəzi Bankı (TCMB) ötən həftə açıqladığı hesabatında inflyasiyanın may ayında təxminən 73 faizlə ən yüksək səviyyəsinə çatacağını bildirib, ilin sonunda inflyasiyanın 36 faizə, 2025-ci ilin sonunda 14 faizə enəcəyi proqnozunu dəyişməyib. Bazarlar il sonu inflyasiya proqnozu isə 45 faizə yaxındır.
Dollar/TL fevralın 12-si ticarət gününə 30.7005-də yeni tarixi ən yüksək səviyyəsində başlayıb. Məzənnə 2023-cü ilin sentyabrından bu yana tədricən yüksəliş trendini davam etdirir. Məlumatlara görə, türk lirəsi yanvar ayında dollar qarşısında 2,7 faiz dəyər itirib. İlin əvvəlindən TL-nin dollar qarşısında ucuzlaşması 3,8 faizə çatıb.
TCMB həmçinin, TL əmanətlər və bir aydan çox müddətə məzənnə ilə qorunan depozit hesabları üçün yaradılmış məcburi ehtiyatlara rüblük faiz tətbiq ediləcəyini açıqlayıb.
İlin əvvəlindən bir qədər azalan depozit faizləri yenidən yüksəliş tendensiyası nümayiş etdirib. TCMB-nin məlumatlarına görə, dekabrın 22-də 52,6% ilə zirvəyə çatan üç aylıq orta depozit faizi, yanvarın 29-da 49,6 faizə geriləmiş, fevralın 2-də yenidən 52 faizə yüksəlib.
ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu il faiz dərəcələrini aşağı salacağı gözləntiləri ilə birjalarda risk iştahı artıb. ABŞ-ın yanvar ayı inflyasiya məlumatları bu həftə açıqlanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)









.jpg)






