Kapital Bank-da qanvermə aksiyası keçirildi
(®) Hər zaman müxtəlif sosial aksiyalara dəstək göstərən Kapital Bank-da qanvermə aksiyası keçirib. “Qan ver, həyat qurtar” şüarı altında keçirilən qanvermə aksiyası Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyi və Mərkəzi Qan Bankının dəstəyi ilə baş tutub.
Mərkəzi Qan Bankının mobil işçi qrupunun həkim-hemotoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb. Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Fərid Hüseynovun da iştitak etdiyi aksiyaya 100-dən çox bank əməkdaşı qoşulub. Qeyd edək ki, bu kimi qanvermə aksiyaları Kapital Bank-da artıq ənənə halını alıb.
Qanvermə aksiyası hemofiliya və talassemiyadan əziyyət çəkən insanların qanla təminatına yardım məqsədi daşıyır. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq. Xatırladaq ki, hazırda Azərbaycanda rəsmi qeydiyyatda olan 3000-dən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalan insan var ki, onların həyatı kütləvi qanvermə aksiyalarından asılıdır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 49 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
39 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq




























