Yeni iş yerlərinin 80 faizə yaxını Bakıda açılıb
Yaradılmış iş yerlərinin yarıya yaxını çox tikinti və ticarət sahələrində olub.2023-cü il ərzində ölkədə 82,3 min yeni iş yerləri açılmışdır. Bu dövrdə yaradılmış iş yerlərinin 91,8 faizi qeyri-dövlət sektorunda açılmışdır.
Marja.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.
Qeyd edilib ki, yeni açılmış iş yerlərinin 79,7 faizi Bakı şəhərinin, 1,3 faizi Naxçıvan Muxtar Respublikasının, 19,0 faizi digər regionların, o cümlədən 3,6 faizi Abşeron-Xızı, 2,4 faizi Quba-Xaçmaz, 1,9 faizi Gəncə-Daşkəsən, 1,8 faizi ŞəkiZaqatala, 1,7 faizi Şirvan-Salyan, 1,6 faizi Qazax-Tovuz, 1,4 faizi Lənkəran-Astara, 1,3 faizi Mərkəzi Aran, 1,2 faizi Qarabağ, 0,9 faizi Şərqi Zəngəzur, 0,7 faizi Mil-Muğan, 0,5 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşmüşdür.
Yeni açılmış iş yerlərinin 9,4 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 89,6 faizi mövcud müəssisə və təşkilatlarda, 0,5 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,5 faizi isə digər tədbirlər üzrə yaradılmışdır.
Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 25,7 faizi tikinti, 18,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,6 faizi emal sənayesi, 6,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 6,7 faizi peşə, elmi və texniki fəaliyyət, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,1 faizi təhsil, 4,0 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 3,9 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 2,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi informasiya və rabitə, 8,6 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılmışdır.
15 MİNƏ YAXIN İŞ YERİ BAĞLANIB
Bununla yanaşı, 2023-cü il ərzində ölkədə 14,9 min iş yeri bağlanmışdır. Bu dövrdə bağlanmış iş yerlərinin 52,4 faizi qeyridövlət sektorunun payına düşmüşdür. İş yerlərinin 47,4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 52,6 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 13 d. əvvəl
-
-
29 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir







.jpg)
















