Heyvan kəsimi məntəqəsinin açılışı olub
Burada hər gün 40-adək heyvanın kəsilməsi mümkündür.Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşəbbüsü ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən Ağdam rayonunun İmamqulubəyli kəndində “model müəssisə” prinsipi əsasında yeni qurulmuş heyvan kəsimi məntəqəsinin açılışı olub.
Bildirilib ki, məntəqədə hər gün 12-15 baş iribuynuzlu və 20-25 baş xırdabuynuzlu heyvanın kəsimini həyata keçirməkdən ötrü hər cür şərait yaradılıb.
Məntəqədə texnoloji ardıcıllıq gözlənilir və çarpaz çirklənmə mövcud deyil. Diri heyvanların, həmçinin hazır məhsulun gətirilməsi və aparılması üçün ayrı-ayrı qapılar qoyulub. Cəmdəklərin və subməhsulların çirklənməsinin qarşısının alınması məqsədilə kəsilmiş heyvanların mədə və dərilərinin təmizlənməsindən ötrü otaqlar ayrılıb. Baytarlıq-sanitariya ekspertizasını həyata keçirmək üçün lazımi avadanlıqlarla təchiz edilmiş həkim otağı mövcuddur. Məntəqə dezinfeksiya işlərinin mütəmadi olaraq aparılmasından ötrü avadanlıq və dezinfektantlarla təhciz edilib.
AQTA ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması üçün mütəmadi olaraq monitorinqlər həyata keçirir, bu istiqamətində yoxlama-nəzarət tədbirlərini davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)










.jpg)







