Azercell-lə bu yay daha əyləncəlidir
Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom abunəçilərinə daha yaxın olmaq üçün bu yay da “Azercell-lə bu yay daha əyləncəlidir” şüarı altında yola çıxıb.
Belə ki, regionlarda, eləcə də Bakıda müsabiqələr, rəngarəng əyləncələrdən və hədiyyələrdən ibarət aksiyalar təşkil olunub.
5-ci ildir ki, Azercell Azərbaycanın bölgələrində və paytaxtında maraqlı aksiyalar təşkil etməklə şirkətin təqdim etdiyi xidmətləri hər kəsə tanıdır. Bölgə və paytaxtda həyata keçirilən layihələr Azercell-in öz müştərilərinə daha da yaxın olmasına, qarşılıqlı ünsiyyətin artmasına, onların istəklərini daha dərindən öyrənməyə imkan verir.
Azercell əməkdaşları Gəncə, Goranboy, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Göygöl, Mingəçevir, Yevlax, Bərdə, Lənkəran, Cəlilabad, Şamaxı, İsmayıllı, Şəki və Şirvanda abunəçilərlə görüşlər keçirərək, “Bölgə” https://www.azercell.com/az/personal/tariffs/prepaid/bolge/ və “Dəqiqələri sayma – Limitsiz danış” https://www.azercell.com/az/personal/campaigns/campaigns_calls/limitsizbolge/ tarif paketləri ilə onları daha yaxından tanış ediblər.
Bölgələrlə yanaşı, Azercell Bakıda da abunəçiləri üçün unudulmaz yay əyləncəsi təşkil edir. Amburan istirahət mərkəzində keçirilən bu tədbirlər nəticəsində abunəçilər Azercell-lə hər görüş günündə virtual olaraq müxtəlif ölkələrə səyahət edirlər. Belə ki, 15-16 iyul tarixlərində Azercell Amburan istirahət mərkəzinə dəvət almış abunəçilərinə və eyni zamanda istirahət mərkəzinin qonaqlarına Braziliya abu-havasını yaşadıb.
Hərarətli Latın Amerika rəqsləri, kapuero şou, müxtəlif müsabiqələr, maraqlı hədiyyələr, çimərlik futbol yarışması, kokteyl və qəlyanaltılar abunəçilərin zövqünü oxşayıb. 6 avqust tarixində isə Kuba rəqsləri, peşəkar rəqqaslardan master klasslar, limbo yarışması, müxtəlif müsabiqələr, maraqlı hədiyyələr, çimərlik futbol yarışması Azercell abunəçilərinə təqdim olunub.
Eyni zamanda abunəçilərə Azercell Plus https://www.azercell.com/az/personal/services/partner_services/
və Limitsiz İnternet https://www.azercell.com/az/personal/internet/datapacks/unlimited_packs/hour/ p
xidməti haqqında məlumat verilib.
Azercell avqust ayının hər bazar günü abunəçiləri üçün bu kimi əyləncələr təşkil etməyi planlaşdırır.
Azercell-in bölgə səfərləri, rayonlarda və Bakıda keçirilən aksiya və göstərilən xidmətləri haqqında məlumatı mütəmadi olaraq Azercell-in Facebook səhifəsindən almaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 saat əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




























.jpg)
