Azərbaycana ilk 2 ayda gələn əcnəbilərin sayı kəskin artıb
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasına dünyanın 167 ölkəsindən 341 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 46,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Gələnlərin 26,8 faizi Rusiya Federasiyası, 19,9 faizi Türkiyə, 9,8 faizi İran, 6,9 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 3,4 faizi Səudiyyə Ərəbistanı, hər birindən 2,7 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Pakistan, 2,1 faizi Küveyt, 1,8 faizi Özbəkistan, 1,5 faizi Türkmənistan, hər birindən 1,3 faiz olmaqla Oman və Ukrayna, 1,1 faizi Belarus, 11,2 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 73,9 faizini kişilər, 26,1 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 4,1 dəfə, Səudiyyə Ərəbistanından - 2,8 dəfə, Hindistandan - 2,7 dəfə, Qırğızıstandan - 2,6 dəfə, Bəhreyndən - 2,5 dəfə, Qazaxıstandan - 2,4 dəfə, Tacikistandan - 2,4 dəfə, Filippindən - 2,0 dəfə, Omandan - 1,9 dəfə, İspaniyadan - 1,9 dəfə, Özbəkistandan - 1,9 dəfə, Cənubi Koreyadan - 1,9 dəfə, İordaniyadan - 1,8 dəfə, İtaliyadan - 1,8 dəfə, Türkmənistandan - 1,7 dəfə, Misirdən - 1,7 dəfə, Yəməndən - 1,7 dəfə, Küveytdən - 1,6 dəfə, İrandan - 1,6 dəfə, Polşadan - 47,7 faiz, Türkiyədən - 38,8 faiz, Fransadan - 38,5 faiz, Ukraynadan - 31,7 faiz, Pakistandan - 28,0 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 27,6 faiz, Almaniyadan - 27,0 faiz, Gürcüstandan - 24,5 faiz, ABŞ-dan - 24,3 faiz, Moldovadan - 23,9 faiz, Rusiya Federasiyasından - 21,5 faiz, Niderlanddan - 20,9 faiz, Belarusdan - 14,0 faiz, Böyük Britaniyadan - 13,9 faiz, Qətərdən - 11,9 faiz artmışdır.
2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 1,7 dəfə artaraq 68,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 dəfə artaraq 11,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 31,4 faiz artaraq 122,8 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 67,6 faizi hava, 31,0 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 36 faiz artaraq 296,5 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 38,5 faiz, Gürcüstana gedənlərin sayı 32,2 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 30,6 faiz, Türkiyəyə gedənlərin sayı 30,1 faiz artmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 37,9 faizi Türkiyəyə, 21,9 faizi Rusiya Federasiyasına, 9,7 faizi Gürcüstana, 8,5 faizi İrana, 22,0 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 68,2 faizini kişilər, 31,8 faizini qadınlar təşkil etmişdir.
2024-cü ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,7 faizi hava, 30,0 faizi dəmir yolu və avtomobil, 2,3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
8 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
8 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
10 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
























