SOCAR-ın “Petkim” kompleksinə ümumi sərmayələri 1,7 milyard dollar təşkil edir
2008-ci ildən etibarən "SOCAR Turkey Enerji" şirkəti Türkiyənin "Petkim Petrokimya Holding" neft-kimya kompleksinin inkişafına 1,7 milyard dollar sərmayə qoyub.
Bu barədə "SOCAR Turkey Enerji"nin (SOCAR-ın Türkiyədəki törəməsi) baş direktoru Elçin İbadov məlumat verib.
"2,04 milyard dollar özəlləşdirmə məbləğinə əlavə olaraq, indiyədək Türkiyə iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb edən ilk və yeganə inteqrasiya olunmuş neft-kimya müəssisəsi olan “Petkim” kompleksinin ümumi inkişafına 1,7 milyard dollar investisiya qoymuşuq", - İbadov bildirib.
O əlavə edib ki, bu investisiyalar sayəsində "Petkim" ölkənin idxaldan asılılığının azalmasına vacib töhfə verir, Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacının təxminən 12%-ni ödəyir.
İbadov əlavə edib ki, şirkət 2024-cü ildə “Petkim” neft-kimya kompleksi ilə inteqrasiya olunmuş "STAR" NEZ-ə da investisiya yatırmağa davam edəcək.
"STAR" NEZ illik 12 milyon ton neft emalı həcmi ilə Türkiyənin emal olunmuş neft məhsullarına olan ehtiyacının təxminən 20%-ni təmin edir. Biz, 2023-cü ildə “STAR” NEZ-in gücünü artırmaq məqsədilə yatırılan investisiyalarımızı 2024-cü ildə də davam etdirəcəyik", - o əlavə edib.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























