Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yaşıl gübrələrlə bağlı əməkdaşlıq Sazişi imzalanıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu / Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər
iç səhifə xəbər başlığı altı (mobil)_31
Yaşıl gübrələrlə bağlı əməkdaşlıq Sazişi imzalanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

16 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti  (SOCAR) ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında Yaşıl gübrələrlə bağlı əməkdaşlıq Sazişi imzalanıb.

Sənədi SOCAR-ın vitse-prezidenti Anar Məmmədov və “ACWA Power” şirkətinin Hidrogen üzrə qlobal rəhbəri və vitse-prezidenti Driss Berraho imzalayıblar.

Tədbirdə 2 fevral 2023-cü il tarixində şirkətlər arasında Azərbaycan Respublikasında dənizdə və quruda külək, günəş və yaşıl hidrogen kimi bərpa olunan enerji, həmçinin onlarla əlaqəli digər potensial layihələrin birgə işlənməsinə dair Əməkdaşlıq haqqında Sazişin imzalandığı məmnunluqla qeyd olunub.

Bu xüsusda yeni imzalanan sənədin “Aşağı karbonlu / Yaşıl Gübrə” layihəsi çərçivəsində yaşıl gübrələrin (əsasən karbamid olaraq) potensial istehsalı və sonrakı satışı üzrə əməkdaşlığı nəzərdə tutduğu qeyd edilib. Sazişə əsasən, “ACWA Power” şirkətinin “Aşağı karbonlu / Yaşıl Gübrə” layihəsinin bərpa olunan enerji və yaşıl hidrogenin istehsalına aid olan hissələrində aparıcı rol oynayacağı vurğulanıb.

 

18.04.2024 17:56

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18