“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2024-cü ilin birinci rübü ərzində qiymətli metalların pərakəndə satış bazarında fəaliyyətini uğurla davam etdirib.
Sözügedən dövr ərzində “AzerGold” QSC-nin rəsmi satış və mübadilə mərkəzində qızıl və gümüş sikkə, eləcə də qızıl külçələrin satışından 3 milyon 56 min 254 manat gəlir əldə edilib. Bu, ötən ilin eyni dövri ilə müqayisədə pərakəndə satış gəlirlərində 8% artım deməkdir. Səhmdar Cəmiyyət tərəfindən sözügedən dövr ərzində 713 unsiya qızıl, 8 unsiya gümüş məhsullarının pərakəndə satışı həyata keçirilib.
Qeyd edək ki, AzerGold” QSC ilk dəfə 2018-ci ildə yerli qızıl və gümüş xammalından istehsal etdiyi sikkə və külçələri 2019-cu ildən pərakəndə bazarda satışa təqdim edib. 01.04.2024 tarixinədək ümumi çəkisi 9,787 unsiya olan qızıl sikkə və külçələr, ümumi çəkisi 533 unsiya olan gümüş sikkələrin pərakəndə satışından 36 milyon 286 min 200 manat vəsait əldə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq























