Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
(®) Dünyaca tanınmış kənd təsərrüfatı texnikası istehsalçısı “AGCO” şirkətinin “FENDT” və “VALTRA” brendlərinin Azərbaycanda rəsmi nümayəndəsi olan “Skyline Technics” şirkətinin servis və satış mərkəzi öz qapılarını şirkətin ölkə üzrə müştəriləri və tərəfdaşları üçün açıb.
Sahəsi 600 kv. m olan yeni Mərkəzimiz ən müasir diaqnostik və servis avadanlığı ilə təchiz olunmuşdur. Servis mərkəzinin strukturunda inzibati kompleksdən əlavə müştəriləri zəruri ehtiyat hissələri ilə operativ təchiz etməyə imkan verəcək geniş anbar, komfortlu gözləmə, servis xidməti və təmir zonası, həmçinin satış üçün nümayiş etdirilən texnikaların yerləşdiyi açıq pavilyon nəzərdə tutulmuşdur.
Açılış zamanı qonaqlar “Skyline Technics” şirkətinin nümayəndəsi olduğu dünyanın bir sıra qabaqacıl kənd təsərrüfatı texnikalarının istehsalçıları - Almaniyanın “Horsch”, İtaliyanın “Antonio Carraro”, “Rinieri”, “İdeal” brendlərinin texnikaları ilə yaxından tanış oldular.
Tədbiri giriş sözü ilə açan “Skyline Technics” şirkətinin rəhbəri cənab Orxan Cəfərov bildirdi ki, kənd təsərrüfatı sektorunun inkişafı Prezident İlham Əliyev tərəfindən prioritet elan edilib.
Bu xüsusda “Skyline Technic” şirkəti Azərbaycan fermerlərinin yüksək məhsuldarıq əldə etməsi üçün beynəlxalq arenada sınaqda keçmiş bir sıra qabaqcıl texnologiyanın ölkənin kənd təsərrüfatı sektoruna inteqrasiyasını həyata keçirir.

“Skyline Technics” şirkətinin təqdim etdiyi Almaniyanın “FENDT” brendi dünyanın aparıcı traktor və kombayn texnikalarının istehsalçısıdır. “FENDT” sadəcə bir ad deyil, “FENDT” bir inancdır. “FENDT” traktorları və kombaynları ilə fermerlər məqsədlərinə daha tez və yüksək məhsuldarlıqla çata bilərlər. Buna görə də şirkətin məqsədi fermerlərin tələblərini yerinə yetirmək, hətta onları üstələmək və bu sahədə uğur qazanmağa kömək etməkdir.
“AGCO” şirkətlər qrupuna daxil olan digər brend – Finladiyanın “Valtra” traktorları müxtəlif işlər üçün istifadəsi asan traktor həllərinin işlənib hazırlanmasında və uyğunlaşdırılmasında qabaqcıl yer tutur. “Valtra” traktorları və xidmətləri etibarlılığı, universallığı, davamlılığı və Finladiya kökləri ilə tanınır. Hər bir traktor xüsusi olaraq müştərilərin fərdi ehtiyacları üçün nəzərdə tutulmuşdur, ən sərt iqlimlərə tab gətirmək və ən çətin iş şəraitində ən yüksək performans səviyyəsini təmin etmək üçün istehsal edilmişdir.
“Skyline Tecnics” şirkətinin təqdim etdiyi Almaniyanın “HORSCH” brendi innovativ kənd təsərrüfatı texnologiyası və torpağın becərilməsi, toxumçuluğu və əkilməsi üçün müasir həllərin aparıcı istehsalçısıdır. “HORSCH” markası fermerlər üçün Azərbaycanda illərlə təcrübədən keçən torpaq becərmə və səpin aqreqatları və həmçinin dərman səpmə texnikaları istehsal edir.


“Skyline Technics” şirkəti Azərbaycanda bağçılıq fəaliyyəti ilə məşğul olan fermerlər üçün də bir sıra innovativ texnikalar təqdim edir. Beləki bağçılıq traktorunun simvolu sayılan İtaliyanın “Antonio Carraro” traktorları fermerlər tərəfindən çox böyük maraqla qarşılanır.
“Antonio Carraro” brendinin təklif etdiyi traktorlar nəinki kiçik ölçüləri ilə, hətta innovativ olması ilə fərqlənir. Beləki istehsal olunan bütün traktorlar komfort və effektivliyi təmin etmək üçün 180 dərəcə dönən kabinlərlə təchiz olunmuşdur.

Həmçinin Azərbaycan fermerləri “Skyline Tecnics” şirkətinin təqdim etdiyi bütün texnikaları 40 faiz dövlət subsidiyası ilə lizinq şərtləri əsasında əldə edə bilərlər.
“Skyline Technics” QSC
Ünvan: Qaradağ rayonu, Salyan şosesi 14.km
+994 70 684-18-17
+994 50 682-32-50
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
-
3 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
4 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda
























