Türkiyədə inflyasiya 70 faizə çatıb
Türkiyədə inflyasiya, ilk növbədə, xidmət qiymətlərindəki artım hesabına artmağa davam edib.
Türkiyə Statistika Komitəsinin açıqladığı məlumatlara görə, istehlak qiymətləri indeksi (inflyasiya götəricisi) aprel ayında ötən ilin eyni ayı ilə müqayisədə 69,80 faiz artıb.
İstehlak qiymətləri indeksində aylıq artım 3,18 faiz olub. Aprel ayında illik inflyasiya son 1,5 ilin ən yüksək səviyyəsinə çatarkən, illik baza inflyasiyasında yeni rekord qeydə alınıb.
Qurumlar illik inflyasiyanın 70 faiz olacağını gözləyirdilər. Aylıq artım gözləntisi 3,2 faiz idi.
İllik baza inflyasiya aprel ayında 75,81 faiz olaraq qeydə alınıb. Beləliklə, baza inflyasiyasında yeni rekord qeydə alınıb.
Ən yüksək aylıq artım spirtli içkilər və tütün qrupunda olub.
Aprel ayında ən çox aylıq qiymət artımı qeydə alınan əsas qrup 9,56% ilə spirtli içkilər və tütün qrupu olub. Bu qrupdan sonra 4,69 faizlə restoran və otellər, 4,58 faizlə geyim və ayaqqabılar gəlir.
Ən aşağı aylıq artım 1,03% ilə səhiyyə qrupunda, 1,38 faizlə mənzil, 2,62 faizlə əyləncə və mədəniyyət sahələrində olub.
İllik müqayisədə ən yüksək qiymət artımı 103,86 ilə təhsil qrupunda qeydə alınıb. Təhsilin ardınca 95,82 faizlə restoran və mehmanxanalar, 80,39 faizlə isə nəqliyyat gəlir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
42 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 44 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Qızıl daha da ucuzlaşıb
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Azərbaycan neftinin son qiyməti
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Ən çox oxunanlar
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub



















