Gəncədə ət və süd istehsalı artıb
2024-cü ilin yanvar-mart aylarında Gəncə şəhərində kənd təsərrüfatının vəziyyəti haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumatda bildirilir ki, 2024-cü ilin məhsulu üçün Gəncə şəhəri üzrə 63,2 hektar kənd təsərrüfatı bitkiləri əkilmiş, o cümlədən 29,0 hektarını arpa, 34,2 hektarını tərəvəz bitkiləri təşkil etmişdir.
2024-cü ilin may ayının 1-i vəziyyətinə təsərrüfatlarda 716 baş iribuynuzlu mal-qara (ondan 292 baş inək və camış), 1177 baş qoyun və keçi, 32 baş donuz mövcud olmuşdur.
Gəncə şəhərində 2024-cü ilin yanvar-mart aylarında heyvandarlıq bölməsində 69,8 ton ət diri çəkidə, 156,7 ton süd, 280 min ədəd yumurta istehsal edilmişdir. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 36,4 ton və ya 2,1 dəfə, süd istehsalı 14,3 ton və ya 10,0 faiz, yumurta istehsalı 1 min ədəd və ya 0,4 faiz artmışdır.
2024-cü ilin yanvar-mart aylarında kənd təsərrüfatının ümumi məhsulu faktiki qiymətlərlə 1,3 milyon manat təşkil etmiş və heyvandarlıq məhsullarından ibarət olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























