Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan və Qırğızıstan mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb

Qırğız Respublikasının Milli Bankının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Qırğızıstan mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

May ayının 13-də Qırğız Respublikasının Milli Bankının (QRMB) sədri Kubanıçbek Bokontayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri başlayıb.

Səfər çərçivəsində QRMB-nin nümayəndə heyətinin Azərbaycan Mərkəzi Bankında (AMB) təcrübə mübadiləsi məqsədilə bir sıra görüşləri nəzərdə tutulub.

Reklam_3_11

Sədr Kubanıçbek Bokontayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilk olaraq AMB-nin sədri Taleh Kazımov ilə görüşüb.

Görüşdə hər iki ölkənin mərkəzi bankları arasında mövcud qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətləri arasında keçirilən görüşdən sonra tərəflər arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. AMB-nin sədri Taleh Kazımov Memorandumun qurumlar arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyi barədə əminliyini vurğulayıb.

Qeyd edək ki, Memorandum imzalanması ilə bağlı ilkin müzakirələr sədrlərin ötən ilin noyabr ayında Qazaxıstanın paytaxtı Astana şəhərində baş tutan görüşündə yer alıb.

Səfər çərçivəsində QRMB-nin nümayəndələri üçün AMB-də mühüm istiqamətlər üzrə təcrübə mübadiləsi təşkil olunur. Belə ki, nümayəndə heyəti üçün AMB-nin müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə yaxından tanış olmaq imkanı yaradılır. Həmçinin təcrübə mübadiləsi çərçivəsində AMB-nin əməkdaşları tərəfindən təqdimatlar keçirilərək praktiki məlumatların paylaşılması da nəzərdə tutulur.

14.05.2024 10:26

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18