Yüksək, orta və aşağı şikayətlərin olduğu bankların adları açıqlandı
Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin aprel ayı üzrə Bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini dərc edib.
Marja.az indekə istinadən xəbər verir ki, yuxarı şikayət indeksi (hesablama nəticəsində əldə olunan orta göstəricidən yuxarı olan) BANK VTB (AZƏRBAYCAN) ASC, 2 BANK OF BAKU ASC, YAPI KREDİ BANK AZƏRBAYCAN QSC, AFB BANK ASC, ACCESSBANK QSC və YELO BANK ASC yer alıblar.
Orta şikayət indeksində isə EXPRESSBANK ASC, UNİBANK ASC, BANK BTB ASC, RABİTƏBANK ASC yer tutublar.
Aşağı şikayət indeksi (hesablama nəticəsində əldə olunan orta göstəricidən aşağı olan) isə BANK RESPUBLİKA ASC, AZƏRBAYCAN SƏNAYE BANKI ASC, AZƏR-TÜRK BANK ASC, KAPİTAL BANK ASC, AZƏRBAYCAN BEYNƏLXALQ BANKI ASC, TURANBANK ASC, XALQ BANK ASC, PREMİUM BANK ASC və PAŞA BANK ASC qərarlaşıblar.
Şikayət indeksinin metodologiyası: Banklar üzrə şikayət indeksinin hesablanması üçün aşağıdakı düstürdan istifadə olunmuşdur:
Şikayət indeksi = Şikayətlər üzrə bazar payı/Müştərilər üzrə bazar payı
“Şikayətlər üzrə bazar payı” – Mərkəzi Banka bir ay ərzində daxil olan şifahi, yazılı və vətəndaş qəbulu üzrə şikayətlərin hər bir bank üzrə sayının ümumi bank sektoru üzrə olan şikayətlərin sayına nisbətidir. Təkrar şikayət, eləcə də kredit üzrə güzəştlərin verilməsi, kredit istənilməsi və Mərkəzi Bankın səlahiyyətlərinə aid olmayan digər mövzularla bağlı şikayətlər hesablamadan istisna olunmuşdur.
“Müştərilər üzrə bazar payı” – cari hesab qalığı 100 manat və yuxarı olan, habelə son üç ayda ən azı bir əməliyyat aparmış bank müştərilərinin hər bir bank üzrə olan sayının ümumi bank sektoru üzrə olan sayına nisbətidir.
Şikayət indeksinin izahı:
İndeks hər-hansı bank tərəfindən göstərilən maliyyə xidmətlərinin həcmi və əhatə dairəsi nəzərə alınmaqla, həmin bankın müştəri xidmətləri ilə bağlı Mərkəzi Banka daxil olan şikayətlərin proporsionallığı prinsipi əsasında hesablanmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 2 d. əvvəl
-
- 34 d. əvvəl
-
47 d. əvvəl
ABŞ-nin müdaxiləsindən sonra təklif narahatlıqları fonunda neft qiymətləri "dalğalanır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
-
3 saat əvvəl
“Azərbaycanla 33 milyard kubmetrlik qaz sazişini razılaşdırdıq, münasib qiymətə qaz alacağıq”
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
1 gün əvvəl
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
OPEC+ neft hasilatını sabit saxlamaq qərarını təsdiqlədi
Venesuela nə qədər neft ehtiyatına malikdir?
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
ABŞ Venesuelanı idarə edəcək
ABŞ-dən Venesuelaya tarixi müdaxilə




























