Ərdoğan “STAR” NEZ-in ixracat çempionu mükafatını SOCAR-ın prezidentinə təqdim edib
“STAR” NEZ Türkiyənin “2023-cü il ixracat çempionları” mükafatına layiq görülübQeyd edək ki, TİM tərəfindən açıqlanan “2023-cü il ixracat çempionları” siyahısına əsasən, qardaş ölkənin ən böyük birbaşa xarici investoru və inteqrasiya olunmuş sənaye qrupu olan “SOCAR Türkiyə”nin “STAR” Neft Emalı Zavodu (NEZ) Türkiyə üzrə ümumi məhsul ixracatı dəyərinə görə 3-cü yerə layiq görülüb. “STAR” NEZ, həmçinin “Kimyəvi maddələr və məhsullar”ı kateqoriyası üzrə birinci olub. Prezident Rəcəb Tayyib Ərdoğan “STAR” NEZ-in ixracat çempionu mükafatını SOCAR-ın prezidenti Rövşən Nəcəfə təqdim edib. “STAR” NEZ-in “Kimyəvi maddələr və məhsullar”ı kateqoriyası üzrə birincilik mükafatı isə Türkiyə Respublikasının ticarət naziri Ömər Bolat tərəfindən SOCAR prezidentinə təqdim olunub.
Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına əsaslanan Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə sürətlə inkişaf edir.
Hər iki ölkənin enerji sektorunun inkişafına töhfə vermək istiqamətində əzmlə fəaliyyət göstərən SOCAR-ın Türkiyədəki fəaliyyəti qardaş ölkə tərəfindən daim dəstəklənir. Təqdim olunan mükafatlar SOCAR-ın Türkiyədəki fəaliyyətinə verilən yüksək dəstəyin və önəmin bariz nümunəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
-
13 d. əvvəl
Azərbaycanda nağd xarici valyutanın alışı satışını 423 milyon dollar üstələyib
- 16 d. əvvəl
- 28 d. əvvəl
-
36 d. əvvəl
Azərbaycanda qeyri-sabit hava şəraiti ilə əlaqədar bütün limanlar bağlanıb
-
47 d. əvvəl
"Yeni depozit və yeni kredit faizlərində azalmalar qeydə alınıb"
-
58 d. əvvəl
Mərkəzi Bank: 2026-cı ilə inflyasiya proqnozu azaldılma istiqamətində dəyişdirilib
-
1 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı - SON DƏQİQƏ
-
1 saat əvvəl
Azərbaycanın xarici dövlət borcu 316,2 milyon dollar azalaraq 4 milyard 813,5 milyon dollara düşüb
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı - SON DƏQİQƏ
Ən çox oxunanlar
Azərbaycanın xarici dövlət borcu 316,2 milyon dollar azalaraq 4 milyard 813,5 milyon dollara düşüb
Ağdamda da "İrşad" mağazası istifadəyə verilib
Vüsal Qasımlıya müavin təyin edilib
İlham Əliyevin Paşinyan ilə görüşü keçirilir
Rəsmi məzənnələr açıqlandı
Bu gün Mərkəzi Bank faiz qərarını açıqlayacaq
Epoint — Gürcüstan bazarına çıxan ilk Azərbaycan fintex şirkəti oldu























