Bank of Baku-dan Təhsil Kampaniyası-10.000 AZN-dək Kreditə 3% ENDİRİM!

“Sizə Yaxın Bankçılıq” şüarı ilə fəaliyyət göstərən və hər zaman müştərilərinin yanında olan Bank of Baku, bu dəfə ödənişli əsaslarla universitetə qəbul olan və ya təhsilini davam etdirən tələbələrə özəl yeni təhsil krediti kampaniyasına start verir.
“Təhsil gələcəyimizdir, dəstək öhdəliyimizdir” şüarı altında keçirilən kampaniya ödənişli əsaslarla təhsil alan tələbələrin illik təhsil haqqlarının qarşılanmasına dəstək məqsədi daşıyır.
Belə ki, 16-31 avqust 2017-ci il tarixlərini əhatə edən təhsil kampaniyası çərçivəsində, 10.000 manatadək Nağd Pul Kreditinə 3% ENDİRİM və 0% KOMİSSİYA tətbiq edilir.
Kampaniya çərçivəsində kredit rəsmiləşdirilməsi üçün ölkə ərazisində yerləşən ali təhsil ocaqlarında ödənişli əsaslarla təhsil alan tələbələrin ailə üzvlərindən biri – valideyni, nənə və ya babası, bacı və ya qardaşı müraciət edə bilər.
Təhsil Kampaniyası üçün müraciət edən müştərilər, həmçinin aşağıdakı güzəştli şərtlərdən faydalana biləcəklər:
- İllik faiz dərəcəsinə 3% ENDİRİM;
- Rəsmiləşdirmə komissiyası 0%;
- Əmək haqqı tələbi vergilər daxil min. 185 AZN;
- Ödəniş müddəti 3-36 ay;
- Maaş kartı digər banklarda olan şəxslərə kredit almaq imkanı;
- Məbləğdən asılı olaraq ZAMİNSİZ KREDİTLƏŞMƏ;
- ÇEVİK rəsmiləşmə.
Təhsil Kampaniyasından faydalanmaq istəyən şəxslər, iş yerindən arayışı və/və ya rəsmi gəlirləri təsdiq edən sənədləri və 1-ci xətt qohumunun tələbə olduğunu təsdiq edən sənədləri (Universitetdən təqdim olunan arayış, Abituriyent jurnalı və ya TQDK-nın rəsmi saytından çıxarışı) banka təqdim etməklə kreditlərini rəsmiləşdirə bilərlər. İş yerindən arayışı, Bankdan ayrılmadan, bütün filiallarda quraşdırılan elektron hökumət portalı vasitəsilə əldə etmək olar.
Kampaniya haqqında daha ətraflı məlumatı Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq öyrənmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
