“Baku ID” festivalında startaplar 2 milyon dollardan artıq investisiya əldə etdilər!
(®) 27-28 iyun tarixlərində “Bakı Kristal Zalı”nda keçirilən üçüncü “Baku ID” innovasiya festivalı baş tutdu.
Azərbaycanın və regionun əsas startap innovasiya tədbirlərindən biri olan “Baku ID” SABAH.HUB İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirildi və startapçılarla investorları bir araya gətirdi.
Bu ilki “Baku ID” tədbirində 200-dən çox yerli və xarici investor, 100-dən çox startap və minlərlə iştirakçı yer aldı. Tədbir çərçivəsində “Startup Wise Guys”, “Al-Farabi Innovation Hub”, “Caucasus Ventures”, “MOST Ventures”, “Startupbootcamp” və “SABAH.fund” vençur fondlarının dəstəyi ilə yaradılmış 1 000 000 $-dan çox olan investisiya fondunun qalibləri müəyyənləşdi. Ümumilikdə 7 startap komanda 1 milyon $ dəyərində investisiya əldə etdilər: Beep, ALIA, PLATMA, Dosty, Canscreen, Push30 və Tredu.
Tədbir çərçivəsində müxtəlif panellər təşkil edildi. Bunlardan biri COP29 hazırlıqla bağlı olan “CleanTech” paneli idi. Bu paneldə ümumilikdə iştirak edən 30 komandadan 13 komanda final mərhələsinə yüksəldi. Finala keçid alan 13 komanda 1 aylıq intensiv akselerasiya proqramına qoşulma şansı əldə etdilər. Bu proqram nəticəsində 10 komanda müəyyən ediləcək və hər birinə “Startupbootcamp” tərəfindən 100 000 $ investisiya şansı və SABAH.lab akselerasiya proqramına keçid imkanı yaradılacaq. Yarışmada SABAH.incubation, ABB Innovation, həmçinin yerli və xarici “GreenTech” komandaları iştirak etmişdir.
Qaliblərin mükafatlandırma mərasimində Elm və Təhsil naziri Emin Əmrullayev və Türkiyə Respublikası Prezidentinin Maliyyə Ofisinin rəhbəri Prof. Dr. Göksel Aşan şəxsən iştirak edərək mükafatları təqdim etdilər.
“Baku ID” innovasiya festivalının baş sponsorları Elm və Təhsil Nazirliyi, SOCAR, PAŞA Holding, ABB və Mappable, tərəfdaşları isə 4SIM və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi idi. Sponsor və startap stendləri də tədbir zamanı nümayiş etdirildi.
“Baku ID” innovasiya festivalı fəaliyyəti dövründə onlarla startapın inkişafına dəstək olaraq minlərlə şəxsin innovasiya ekosistemi haqqında birbaşa məlumatlanmasına nail olmuşdur. Ümumilikdə isə startapların 4 milyon dollardan çox investisiya cəlb etməsinə dəstək göstərmişdir.
“Baku ID” innovasiya festivalının fəaliyyəti ilə yaxından tanış olmaq və mütəmadi olaraq yeniliklərdən xəbərdar olmaq üçün sosial media kanalları (facebook, instagram və linkedin) və rəsmi vebsaytı (www.bakuid.com) vasitəsilə izləyə bilərsiniz.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
- 15 d. əvvəl
-
26 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 30 d. əvvəl
-
42 d. əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb







.jpg)




.jpg)







.jpg)





