“FINCA Azerbaijan” 2023-ci ilin maliyyə hesabatını açıqlayıb
“FINCA Azerbaijan” Bank Olmayan Kredit Təşkilatı 2023-cü ili 3 milyon 908 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2022-ci ili isə 3 milyon 267 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “FINCA Azerbaijan”ın xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 641 min manat və ya 19.6% artıb. “FINCA Azerbaijan”ın faiz gəlirləri 2022-ci ildə 11 milyon 854 min manat ikən, 2023-cü ildə 17 milyon 713 min manata yüksəlib (5 milyon 859 min manat və ya 49,4% artıb).
2023-cü il ərzində “FINCA Azerbaijan” təşkilatı əksəriyyəti kənd yerlərində yaşayan müştərilərə 77 milyon AZN məbləğində yeni kreditlər təqdim edib və bununla da özünün kredit portfelini 27%-ə kimi artırıb. “FINCA Azerbaijan” 2024-cü ildə öz əməliyyatlarının səmərəliliyini artırmağa davam edəcəyini planlaşdırır.
“FINCA Azerbaijan” 2023-cü il ərzində müştərilərlə yaxından işləyərək, onlara bizneslərini mövcud mikro və makro iqtisadi şəraitə uyğunlaşdırmağa kömək etmişdir. "Aztəminatlı insanlara və kiçik təsərrüfat sahiblərinə öz gələcəklərinə sərmayə qoymağa kömək etmək üçün dürüst və səmərəli maliyyə xidmətləri təklif edən qlobal şəbəkənin bir üzvü kimi “FINCA Azerbaijan” təşkilatı hesabat dövrü ərzində artan bazar ehtiyaclarını qarşılamaq üçün öz kredit təkliflərinin müxtəlifliyini saxlayıb", - təşkilatdan bildirilib.
“FINCA Azerbaijan” eyni zamanda yenilənmiş finca.az saytı ilə müştəri müraciətlərini onlayn şəkildə qəbul etməyə davam edir.
“FINCA Azerbaijan” haqqında
“FINCA Azerbaijan” məsuliyyətli maliyyələşmə sahəsind ə aparıcı mövqeyə malikdir və gəlirli biznes fəaliyyətlərini təşviq edən kredit məhsulları ilə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlara xidmətlər göstərir. Əsası 1999-cu ildə qoyulmuş “FINCA Azerbaijan”, “FINCA Impact Finance” təşkilatına aid olan, 15 bank və mikromaliyyələşmə institutu ilə 5 qitədə 3.4 milyon müştəriyə çatan qlobal şəbəkənin tərkibinə daxildir. “FINCA Azerbaijan” fəaliyyəti haqqında ətraflı məlumat üçün https://finca.az/saytına və ya rəsmi sosial media hesablarına müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)







