“Bravo”nun dəstəyi ilə Naxçıvanda yaşayan şəhid ailələri ilə görüş keçirilib
PAŞA Holding-in törəmə şirkətlərindən olan “Bravo” Supermarketlər Şəbəkəsinin nümayəndələri 1-2 iyul 2024-cü il tarixlərində Naxçıvan Muxtar Respublikasında yaşayan şəhid ailələri ilə görüşlər keçirilib.
Səfərin ilk günündə Naxçıvan Şəhid Xiyabanı ziyarət olunub və Vətən uğrunda qəhrəmancasına canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad edilib. Daha sonra Naxçıvanda yaşayan şəhid ailələrini birləşdirən ictimai təşkilat rəhbərləri ilə, həmçinin Naxçıvan Qazilər Birliyi ilə görüş keçirilib.
Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasında yaşayan 2016-cı ilin Aprel döyüşləri şəhidi leytenant Qabil Orucəliyev, Vətən Müharibəsi şəhidləri mayor Sadiq Həsənov, baş leytenant Sahil Məmmədov, leytenant Fərmin Əliyev, gizir Etibar Cəfərov, kiçik çavuş Tağı Abdullazadə və Antiterror əməliyyatı zamanı şəhid olan baş leytenant İbrahim Qasımovun ailələri ziyarət olunub.
Səfərin ikinci günündə isə Babək rayonunda yaşayan şəhid ailələri ziyarət olunub. Günün davamında Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində görüş keçirilib.
Qeyd edək ki, səfər çərçivəsində “Bravo” Supermarketlər Şəbəkəsi tərəfindən hazırlanan sovqatlar “Azərpoçt” MMC-nin dəstəyi ilə Naxçıvanda yaşayan şəhid ailələrinə çatdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
28 d. əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri kvartalın inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
35 d. əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
1 saat əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
1 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Ən çox oxunanlar
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir







.jpg)








.jpg)









