Azərbaycan iyunda mobil internetin sürətinə görə 10 pillə irəliləyib
Bu ilin iyun ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 159 ölkə arasında əvvəlki aya nisbətən 5 pillə irəliləyərək 39,87 MB/S sürətlə 113-cü yerdə qərarlaşıb.
"Speedtest Global Index”ə görə bu, bir il əvvəlki göstərici (29,47 MB/S) ilə müqayisədə 35,3 % artım deməkdir.
Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (285,02 MB/S), axırıncı yeri isə Kuba (2,79 MB/S) tutub.
Azərbaycan mobil internetin sürətinə görə may ayına nisbətən iyunda 10 pillə irəliləyərək 52,63 MB/S sürətlə 108 ölkə arasında 49-cu olub.
Mobil internetin sürətinə görə birinci yeri Qətər (334,63 MB/S), sonuncu yeri isə Kuba (4,02 MB/S) tutub.
Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 2 pillə irəliləyərək 202 şəhər arasında 41,17 MB/S sürətlə 135-ci yerdə qərarlaşıb.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (310,49 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (1,87 MB/S) qərarlaşıb.
Azərbaycan paytaxtı iyunda mobil internetin sürətinə görə 63,92 MB/S sürətlə əvvəlki aya nisbətən 6 pillə irəliləyərək 161 şəhər arasında 70-ci yerdə qərarlaşıb.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (419,35 MB/S), sonuncu yeri Havana (4,47 MB/S) tutub.
© "Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
14 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 21 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)





.jpg)









