PAŞA Kapital növbəti beynəlxalq uğura imza atıb
(®) “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ABŞ-nin nüfuzlu “World Economic Magazine” jurnalı tərəfindən “Best Investment Company Azerbaijan 2024” mükafatına layiq görülmüşdür.
“World Economic Magazine” — ABŞ-də yaradılmış, maliyyə peşəkarları və sahibkarlar üçün müasir iqtisadiyyatın analizini və maliyyə sahəsində innovativ biznes təcrübəsini paylaşan dərgidir. Jurnalın hər il təşkil etdiyi beynəlxalq mükafatlandırmada isə müxtəlif sektordan fəaliyyət göstərdiyi ölkənin inkişafına töhfə verən və lider mövqeyində irəliləyən şirkətlər müvafiq nominasiyalar üzrə qalib seçilir.
2024-cü ilin yanvar ayının nəticələrinə əsasən 2 milyard 604 milyon manatdan artıq dövriyyə həcmi və 60% bazar payı ilə ölkənin ən iri investisiya şirkəti olan PAŞA Kapital qazandığı mükafatı bazardakı güclü mövqeyi, yüksək dövriyyəsi, yerli kapital bazarının inkişafına verdiyi töhfələr sayəsində əldə edib.
Xatırladaq ki, PAŞA Kapital nüfuzlu qurumlar tərəfindən dəfələrlə beynəlxalq mükafatlarla təltif edilib. Belə ki, PAŞA Kapital “Cbonds Awards CIS 2019” tərəfindən “Ölkənin Ən Yaxşı İnvestisiya Şirkəti”, 2021-ci ildə “International Finance” dərgisi tərəfindən “Azərbaycanın Ən Sürətli İnkişaf Edən Broker Şirkəti”, həmçinin 2023-cü ildə “Best Fixed Income Bonds – Azerbaijan 2023”, şirkətin Baş İcraçı Direktoru Ceyhun Hacıyev isə “Best Emerging CEO - Mr. Jeyhun Hajiyev – Investments – Azerbaijan 2023” kateqoriyasında təltif edilib.
PAŞA Kapital şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumatla pashacapital.az rəsmi saytına daxil olaraq tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
14 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 14 saat əvvəl
-
14 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
15 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ







.jpg)










.jpg)





