Ziraat Bank Azərbaycan 2024-cü ilin ilk 6 ayını uğurla başa vurub
(®) Ziraat Bank Azərbaycan 2024-cü ilin ikinci rübünün yekununa dair maliyyə hesabatlarını açıqlayıb. Bank müsbət artım dinamikasını cari rüb ərzində də davam etdirərək müştərilərinin etimadını qazanmağa davam edib.
Bankın yaydığı press-relizdə bildirilir ki, Ziraat Bank Azərbaycanın cəmi aktivləri 2024-cü ilin ilk altı ayı ərzində 21,4% artaraq 773 mln. manata çatıb. Bankın balans kapitalı isə ilin əvvəlindən 7,8 % artaraq 126 mln. manatı keçib.
Ziraat Bank Azərbaycanın kredit portfeli üzrə də ciddi artım müşahidə edilir. Belə ki, Bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,1 % artaraq 425 mln. manata çatıb. Bankın prioritet istiqamətlərindən hesab edilən və kredit portfelinin mühüm hissəsini təşkil edən Biznes kreditləri üzrə artım isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3% təşkil edib. Bankın müştəriləri tərəfindən inam və etibarın qazanmasının əsas göstəricilərindən biri olan depozit portfeli üzrə də ciddi artım müşahidə edilir. Belə ki, fiziki və hüquqi şəxslərin müddətli depozitləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 43% artaraq 289 mln. manatı keçib.
Bankın uğurları bununla da bitmir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Ziraat Bank Azərbaycanın əməliyyat gəliri 26,6% artaraq 12,9 mln manatı keçib. Yayımlanmış hesabatlara əsasən, bank 2024-cü ilin ilk altı ayı ərzində 8,1 mln. manat xalis mənfəət əldə edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 97% artım olduğunu göstərir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 20 d. əvvəl
- 23 d. əvvəl
- 25 d. əvvəl
-
6 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 7 saat əvvəl
-
7 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
7 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ






.jpg)










.jpg)







