Avrozonada iqtisadi artım ikinci rübdə proqnozu üstələyib
Avrozona iqtisadiyyatı ikinci rübdə əvvəlki rüblə müqayisədə 0,3 faiz artıb.Avropa Statistika Xidməti (Eurostat) 2024-cü ilin ikinci rübündə Avropa İttifaqı (Aİ) və Avrozonada ümumi daxili məhsul (ÜDM) artımı üzrə məlumatları yeniləyib.
Məlumata görə, 20 üzvlü Avrozonada mövsümi amillər xaric ÜDM 2024-cü ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 0,3 faiz artıb. ÜDM-in 0,2 faiz artacağı gözlənilirdi.
Avrozonada ÜDM ikinci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artıb. İqtisadçıların proqnozu 0,5 faiz artım idi.
Avrozonanın ən böyük iqtisadiyyatı olan Almaniya ilin ikinci rübündə 0,1 faiz, İsveç iqtisadiyyatı 0,8 faiz və Macarıstan iqtisadiyyatı 0,2 faiz kiçilib. Fransa və İspaniyada iqtisadi artım müvafiq olaraq 0,3 faiz və 0,8 faiz olub. İspaniya ikinci rübdə Avrozonada ən güclü performansa malik iqtisadiyyat olub. İtaliya iqtisadiyyatı bu dövrdə 0,2 faiz artıb.
Bölgədəki qeyri-bərabər iqtisadi artım sentyabr ayında Avropa Mərkəzi Bankının siyasətçilərinin üzləşdiyi problemi vurğulayır, çünki onlar avrozona iqtisadiyyatının növbəti faiz endiriminə haqq qazandırmaq üçün kifayət qədər kövrək görünüb-görünməməsi ilə bağlı qərar verməlidirlər. Avro Bölgəsi məlumatları, sentyabr ayında mümkün faiz dəyişikliyi olcağı ehtimalını artırıb.
İqtisadiyyatların yenidən canlanması üçün faiz dərəcələrinin aşağı düşməsinə ehtiyac olduğu bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 4 d. əvvəl
-
-
16 d. əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
-
56 d. əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
1 saat əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Nazirə yeni müşavir təyin edilib
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Ən çox oxunanlar
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb























