Mask "X"i boykot edən şirkətlərə müharibə elan etdi
Amerikalı sahibkar İlon Mask, sahibi olduğu "X" (keçmiş Twitter)-ı boykot edən şirkətlərə müharibə elan etdiyini açıqlayıb.
"İki il ərzində biz sülhə cəhd etdik, indi müharibədir", - o, "X" səhifəsində yazıb.
Marja xəbər verir ki, "X" şirkəti Media üçün Qlobal Alyans (GARM), Ümumdünya Reklamçılar Federasiyası (WFA) və ayrı-ayrı şirkətlər (CVS Health, Mars, Orsted və Unilever) barəsində məhkəməyə müraciət edib
Səbəb, "X" sosial şəbəkənin səhifələrində reklam yerləşdirməyən şirkətlərin “sistemli qanunsuz boykot” etməsidir.
"X"ın İcraçı Direktoru Linda Yaccarino da sosial media hesabında reklamçılara açıq məktub paylaşıb. Həmin məktubda Yaccarino "X"ın GARM, WFA və GARM üzvləri CVS Health, Mars, Orsted və Unilever-ə qarşı antiinhisar iddiası qaldırdığını bildirib.
ABŞ Nümayəndələr Palatasının Məhkəmə Komitəsinin keçən ay "GARM-ın Zərərləri" adlı hesabatını oxuduğunu qeyd edən Yaccarino, hesabatda "X" da daxil olmaqla bir çox şirkətə qarşı qanunsuz boykotlara dair dəlillərin əldə edildiyini bildirib.
Yakkarino bu təşkilatların və onların rəhbərlərinin qanunsuz hərəkətlərinin "X" şirkətinə milyard dollara başa gəldiyini bildirib.
Boykot, İlon Maskın "Twitter"i satın almasından sonra 2022-ci ilin noyabrında başlayıb. Baykota "Twitter"in məzmun və təhlükəsizlik standartlarının dəyişdiriləcəyi ilə bağlı narahatlıqlar səbəb olub.
"Rəqabət edən reklamçılar arasında kollektiv fəaliyyət rəqabət prosesini zəiflədir və bazar gücünə malik bir qrup reklamçının kollektiv fikirlərinin istehlakçıların maraqlarından üstün olmasına imkan verir", - "X-"ın şikayətində deyilir.
İlon Mask 2022-ci ildə "Twitter"i aldıqdan sonra platformanın reklam gəlirlərində azalma müşahidə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)





