ABŞ-da ailələrin borcu 17,8 trilyon dollara çatıb
ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) Nyu-York şöbəsi tərəfindən hazırlanan "2024-cü ilin ikinci rübü üçün Ev Təsərrüfatlarının Borcu və Kredit Hesabatı" dərc edilib.
Marja.az hesabata istinadən xəbər verir ki, amerikalı ailələrin borcu ilin ikinci rübündə birinci rüblə müqayisədə 0,6% artaraq 17,8 trilyon dollara çatıb.
İlin ikinci rübündə əvvəlki rüblə müqayisədə 109 milyard dollar artan ev təsərrüfatlarının borcu illik müqayisədə (ötən ilin 2-ci rübü ilə müqayisədə) 733 milyard dollar artıb.
Mənzil kreditləri amerikalıların ev təsərrüfatlarının borclarının ən böyük hissəsini təşkil etməyə davam edir. Bu borc ikinci rübdə 12,51 trilyon dollara yüksəlib.
İlin ikinci rübündə əvvəlki rüblə müqayisədə 77 milyard dollar artan mənzil krediti borcu illik müqayisədə 505 milyard dollar artıb.
Bu dövrdə amerikalıların ən çox borc götürdüyü digər kreditlər - 1,62 trilyon dollarla avtomobil kreditləri, 1,58 trilyon dollarla tələbə kreditləri və 1,14 trilyon dollarlıq kredit kartları olub.
Avtomobil kreditlərindən yaranan borclar ikinci rübdə əvvəlki rüblə müqayisədə 10 milyard dollar, illik müqayisədə isə 44 milyard dollar artıb.
İlin ikinci rübündə kredit kartı borclarının artması diqqət çəkib. Kredit kartı borcları bu ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 27 milyard dollar, illik müqayisədə isə 111 milyard dollar artıb.
Tələbə krediti borcu ikinci rübdə əvvəlki rüblə müqayisədə 10 milyard dollar, illik bazda isə 16 milyard dollar azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
26 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 28 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub


















.jpg)






