Azərbaycandan xaricə birbaşa və tranzit aviareyslərin qiymətləri açıqlanıb
Bu ay Bakıdan xaricə birbaşa aviareyslərin ən yüksək minimum qiyməti Qətərin paytaxtı Doha istiqamətində qeydə alınıb.
Dövlət Turizm Agentliyinin hesabatına görə, Azərbaycan paytaxtından Dohaya birbaşa uçmaq 352,8 avroya, tranzit yolla uçmaq isə 325,2 avroya başa gəlib.
Bunlar, ötən ilin eyni ayı ilə müqayisədə müvafiq olaraq 35,7 % və 50 % azdır.
2-ci yerdə Polşanın paytaxtı Varşava qərarlaşıb. Bu şəhərə birbaşa və tranzitlə aviabiletlərin qiymətləri müvafiq olaraq 350,5 və 356,9 avro təşkil edir. Ötən ilin eyni dövrünə nisbətən qiymətlər müvafiq olaraq 91,5 % çox və 55,3 % azalıb.
3-cü yeri Almaniyanın paytaxtı Berlin tutub. Bu şəhərə birbaşa uçuş üçün 340,4 avro, tranzit uçuş üçün isə 222,6 avro ödənilib ki, bunlar da illik müqayisədə müvafiq olaraq 5,8 % və 54,6 % azdır.
Avqustda Bakıdan tranzit aviareyslərin ən yüksək minimum qiyməti 612,7 avro (- 3,9 dəfə) olmaqla Yaponiyanın paytaxtı Tokioya qeydə alınıb. İlk üçlüyə Misirin Şarm-əl-Şeyx şəhəri 560,2 avro (+1,6 %) və ABŞ-nin Nyu-York şəhəri 529,4 avro (- 13,4 %) qiymətlə daxil olub. Tokio və Nyu-Yorka birbaşa reyslər yoxdur.
Bundan əlavə, Azərbaycandan əsas istiqamətlər üzrə Rusiya, Turkiyə, BƏƏ və Gürcüstana da birbaşa və tranzit yolla səyahət edənlər üçün aviabiletlərin minimum qiymətləri açıqlanıb.
Bu ay birbaşa aviareyslərdə ən yüksək qiymət 282,4 avro ilə Rusiyanın Yekaterinburq şəhərinədir. Bu şəhərə tranzit uçuş isə 292,5 avroya başa gəlib. Bunlar, ötən ilin eyni ayı ilə müqayisədə müvafiq olaraq 1 % və 26,7 % azdır.
Rusiyanın Samara şəhərinə birbaşa 219,8 avroya (-15,6%), tranzitlə 232,3 avroya (-33,5%), paytaxt Moskvaya birbaşa 217,1 avroya (-0,9 %), tranzitlə 218 avroya (-62,7%), Kazana birbaşa 213,3 avroya (-3,5 %), tranzitlə 264,9 avroya (+ 41,1 %), Ufaya birbaşa 207,9 avroya (-2,4%), tranzitlə 268,6 avroya (-30,6%), Volqoqrada birbaşa 193,2 avro (+3,8 %), tranzitlə 292,5 avroya (-20,8 %), Mineralnıye Vodıya 154,1 avroya (- 24,5 %), tranzitlə 151,3 avroya (-71,1 %), Soçiyə birbaşa 134,2 avroya (-26,7 %), tranzitlə 163,7 avroya (-67,8%), Həstərxana birbaşa 126,04 avroya (-16 %), tranzitlə 305,9 avroya (- 26,2 %), Vladiqafqaza birbaşa 115,9 avro(ötən il olmayıb), tranzitlə 253,9 avroya (-46,7 % ), Qroznıya birbaşa 106,2 avroya (-39 % dəfə), tranzitlə 297,6 avroya (-36 %), Mahaçqalaya birbaşa 100,2 avroya (-58,1 %), tranzitlə 213,9 avroya (- 47,6 % ) səfər etmək mümkün olub.
Türkiyə istiqamətində aviabiletlərin qiyməti Bodruma birbaşa 222,1 avro (+ 10,4 %), tranzitlə 160,1 avro (-37,5 %), İzmirə birbaşa 131,1 avro (-21,5 %), İstanbula birbaşa 123,2 avro (- 41,4 %), Ankaraya birbaşa 113,1 avro (- 37,6 %), tranzitlə isə 182,1 avro (- 33,1 %) təşkil edib. İzmir və İstanbula tranzit uçuşlar qeydə alınmayıb.
Ərəb ölkələri istiqamətində aviabiletlərin qiyməti Küveytə birbaşa 235 avro (+17,5 % ), tranzitlə 316,4 avro (- 41,3 %), Ər-Riyada birbaşa 119,6 avro (- 27,6 %), tranzitlə 197,8 avro (- 67,6 %), Dubaya birbaşa 110,4 avro (-63,9 %), Əbu-Dabiyə birbaşa 56,1 avro (+7,8 %), tranzitlə 441,6 avro (+28,6 % ) müəyyən olunub. Dubaya tranzit uçuşları qeydə alınmayıb.
Gürcüstana isə uçuşlar Batumiyə birbaşa 97,6 avroya (- 36,3 %), tranzitlə 244,2 avroya (-25,8 %), Tbilisiyə isə birbaşa 52,4 avroya (+ 58,5%) başa gəlir. Gürcüstan paytaxtına tranzit uçuşlar qeydə alınmayıb.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 29 d. əvvəl
-
-
32 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
54 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















