"Turizm və hotelçilik sahəsi COP29-a tam hazır vəziyyətdədir"
Azərbaycanda 750-ə yaxın hotel var. "Turizm haqqında" qanuna görə, ölkə ərazisində fəaliyyət göstərən hər bir hotel fəaliyyətə başladığı altı ay ərzində ulduz kateqoriyası əldə etməlidir. Bir müddət öncə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin təqdimi və Milli Rezervasiya Platformasının təqdimatı reallaşıb.
Agentliyin sədri Fuad Nağıyev bildirib ki, indiyə qədər 200-dən çox hotel təsnifatdan keçirilərək ulduz dərəcəsi alıb. 40-a yaxın hotelə tələbləri cavablandıra bilməsi və nöqsanların aradan qaldırılması üçün vaxt verilib: "Əsas hədəfimiz COP29 kimi möhtəşəm beynəlxalq tədbirin ən yüksək səviyyədə təşkilində hotelçilik sənayesinin rolunun gücləndirilməsidir. COP29 çərçivəsində gələcək ziyarətçilərin mərkəzləşdirilmiş şəkildə yerləşdirilməsi üçün rəsmi vahid onlayn rezervasiya platforması üzrə hotellər və digər yerləşmə vasitələri günün tələbləri səviyyəsindədir. Turizm və hotelçilik sahəsi COP29-a tam hazır vəziyyətdədir. Milli Ulduz Təsnifatı əsasında 200-dən çox obyektə ulduz dərəcələri təyin olunub. Onların arasında beş, dörd, üç, iki və birulduzlu hotellər mövcuddur. Ümid edirik ki, iddia etdikləri dərəcəni ala bilməyən hotellər də tezliklə ulduz təsnifatını uğurla adlayanların sırasına qoşulacaqlar. Qeyd edim ki, ulduz təsnifatı regionlar üzrə də davam edəcək".
Mütəxəssis həmçinin bildirib ki, proses boyu bəzi uyğunsuzluqların səbəbləri araşdırılır və aradan qaldırılır: "Təkrar auditə qalan və ya təsnifata yenidən müraciət ünvanlayan hotellər də az deyil. Bir çoxları qüsurları düzəldərək təsnifatdan keçsələr də, hələ ulduz təsnifatının tələblərinə cavab verməyənlər mövcuddur. Onlar yenidən audit olunacaqlar. Bu məsələdə Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotellərə konsultativ dəstəyin göstərilməsi davam edir".
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov da yerli iş adamlarını rayonlarda hotellərin sayının artırılması istiqamətində aktiv fəaliyyətə səsləyib: "Qarşıda bizi COP29 kimi nəhəng tədbir gözləyir. Turistlərin sayında güclü artım var. Postpandemiya dövrünü nəzərə alsaq, hazırda çox yaxşı dinamikanın müşahidə olunduğunu deyə bilərik. Birbaşa uçuşların olması, turistlərin təhlükəsizlik məsələsinə xüsusi diqqətlə yanaşılması, infrastrukturun tam uyğunluğu, həmçinin şəhərimizdə tanınmış hotellərin mövcudluğu bizim üçün bir üstünlükdür. Biz birbaşa uçuşların sayının artmasının tərəfdarıyıq. Çünki logistika məsələsi əhəmiyyətli prosesdir. Bununla yanaşı, regionlarda da hotellərin sayının artmasını istərdik. Bəzi rayonlarımızda hotellərin sayı azdır. Yerli iş adamlarını bu məsələ ilə bağlı fəallığa çağırıram".
© "Azərbaycan" qəzeti
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 47 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
19 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Azərbaycan neftinin son qiyməti
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
Ən çox oxunanlar
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI




















