Avropada birjada təbii qaz dekabr ayından bəri ən yüksək qiymətə satılır
Hollandiyanın TTF qovşağında sentyabr fyuçerslərinin qiyməti 1 min kubmetr üçün 467,6 dollara yüksəlib.Bazar ertəsi Avropada qazın birja qiymətləri 2023-cü ilin dekabr ayının əvvəlindən bəri ən yüksək həddə olmaqla 460 dolları keçib.
Marja.az bu barədə London ICE birjasının məlumatlarına istinadən xəbər verir.
Sentyabr fyuçerslərinin qiyməti 1 min kubmetr üçün 467,6 dollara yüksəlib (və ya 1 MVt/saat üçün 41,405 avro). Bu, keçən ilin dekabrından bəri maksimumdur.
İnvestorlar Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə kütləvi hücumu fonunda Ukrayna ərazisindən qaz tranziti ilə bağlı vəziyyətdən narahatdırlar.
Bundan əvvəl “Qazprom”un rəsmisi Sergey Kupriyanov bildirib ki, Kursk vilayətinin Sudja ərazisində baş verən hadisələr artıq təbii və maye qazın qiymətinin kəskin artmasına səbəb olub və bunun kimə sərf etdiyi barədə sual verib.
Avqustun 6-da Ukrayna Silahlı Qüvvələri Sudja tranzit qaz xəttinin yerləşdiyi Kursk vilayətinə kütləvi hücumu başlayıb. Oradan keçən tranzit xətti Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqli üçün yeganə marşrut olaraq qalır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 6 d. əvvəl
-
1 saat əvvəl
Natura meyvə şirələri daha bir sosial layihənin iştirakçısı oldu
- 1 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Rəsmi məzənnələr açıqlandı
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Ən çox oxunanlar
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir






.jpg)










.jpg)





