"Azərlotereya"nın dəstəyi ilə şəhid övladları üçün "Əmanətə Sədaqət" yay düşərgəsi keçirilib
(®) "Azərlotereya" ASC-nin dəstəyi, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və "Azərbaycan Hava Yolları"nın tərəfdaşlığı ilə tələbə şəhid övladları üçün Türkiyənin Qara dəniz bölgəsində "Əmanətə Sədaqət" yay düşərgəsi təşkil olunub.
12-16 avqustda baş tutmuş yay düşərgəsində yerli və xarici ali təhsil müəssisələrində təhsil alan 21 tələbə şəhid övladı iştirak edib. Onlar düşərgə müddətində karyera planlaması və şəxsi inkişaf, komanda işi və liderlik mövzuları üzrə təlimlərdə iştirak ediblər. Həmçinin Türkiyənin Trabzon, Rize və Artvin bölgələrində yerləşən tarixi və turistik bölgələri ziyarət ediblər.
Qeyd edək ki, "Zəfər" Şəhid Ailələrinə Dəstək İB və "Azərlotereya" ASC-nin birgə həyata keçirdiyi "Əmanətə Sədaqət" layihəsi çərçivəsində ali təhsil müəssisələrində təhsil alan şəhid övladları üçün hər il ənənəvi yay düşərgəsi təşkil olunur. Düşərgənin məqsədi vətən uğrunda canından keçmiş şəhidlərin övladlarının intellektual və emosional inkişafına dəstək olmaq, eləcə də onların yay tətilini daha da maraqlı və səmərəli keçirməsinə şərait yaratmaqdır.
"Azərlotereya" ASC və “Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin əməkdaşlığı nəticəsində artıq 3 ildir ki, həyata keçirilən sosial layihə ümumilikdə 104 nəfəri əhatə edir. Layihə çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrində təhsil alan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərcləri qarşılanır.
“Azərlotereya” ASC-nin təqaüd proqramı növbəti illərdə də Azərbaycan və Türkiyənin dövlət universitetlərində ali təhsil almaq istəyən şəhid övladlarına şamil olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 20 d. əvvəl
-
25 d. əvvəl
Zelenski: Mükəmməl deyil, amma 20 maddəlik sülh planı mövcuddur
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
























