Məktəbli yarmarkaları fəaliyyətə başlayıb - ÜNVANLAR
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtın müxtəlif ərazilərində məktəbli yarmarkaları təşkil olunub.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov bildirib ki, 10-dək məktəbli yarmarkası “Koroğlu”, “Neftçilər”, “Elmlər Akademiyası”, “İnşaatçılar”, Nəriman Nərimanov”, “28 May” stansiyalarının giriş-çıxışında yaradılıb.
Onun sözlərinə görə, yarmarkalar əhalinin daha çox sıx olduğu Yasamal, Suraxanı, Nizami, Nəsimi, Nərimanov, Səbail rayonlarda fəaliyyət göstərəcək. Bu yarmarkaların 1 ay müddətində - avqustun 25-dən sentyabrın 25-dək tam fəaliyyət göstərəcəyini deyən Ə.Bağırov qeyd edib ki, burada məqsəd yeni tədris ili ərəfəsində orta məktəb şagirdlərinin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat, çevik şəkildə təmin etməkdir:
“Yarmarkalar üçün çadırlar qurulub və burada məktəblilər üçün lazım olan bütün ləvazimatlar - kitab, dəftər, qələm, karandaş, çanta və digər məhsullar satılır. Bu ərazilər vahid mərkəzdən idarə olunacaq, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qiymətlərə və xidmətə nəzarət ediləcək. İstəyirik ki, məktəbli ləvazimatlarının satışı pərakəndə şəkildə olmasın, kim harada istəyir məhsul satmasın, şəhər bazara çevrilməsin, küçələrdə xırda ticarətlər olmasın. Yarmarkalarda qiymətlərin nisbətən ucuz olması nəzərdə tutulub. Ancaq nəzərə almaq lazımdır ki, bütün məhsulların qiymətini bazar tənzimləyir. Məsələn, qiyməti 2.50 qəpiyə olan hansısa məhsul yarmarkada 1.50 qəpiyə satıla bilməz. Qiymətlərdə çox az fərq hiss olunacaq”, - deyə Ə. Bağırov bildirib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















