Bəraət alan şirkət rəhbəri barəsində hökm ləğv olunub, cəza verilib
Bakıda vəzifədən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən, məhkəmə tərəfindən barəsində bəraət hökmü çıxarılan şirkət rəhbəri həbs edilib.
“Az.İnter-Şin” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Qənbərli Mətləb Mütəllim oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Onun əməlləri yoxlanılıb və barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
İş üzrə ibtidai istintaq başa çatdırılaraq baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Səbail Rayon Məhkəməsinin hökmü ilə Mətləb Qəmbərlinin əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmü çıxarılıb.
Bu qərarla prokuror razılaşmayaraq apellyasiya protesti verib.
Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun icraatında cinayət işi və prokurorun protesti araşdırılıb.
Məhkəmənin qərarı ilə Mətləb Qənbərli barəsində çıxarılan bəraət hökmü ləğv edilib, prokurorun protesti təmin edilib. İş üzrə yeni hökm çıxarılıb.
Yeni hökmə əsasən, Mətləb Qəmbərli 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 13 d. əvvəl
-
50 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
1 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib




















