“Dollarda sürprizlərə hazır olun”
Cari ilin əvvəlində ABŞ-da pisləşən iqtisadi göstəricilər, siyasi qeyri-müəyyənlik və ABŞ xaricindəki müsbət irəliləyişlər bu il Dolların dəyərdən düşməsinə səbəb oldu.
"Marja" CNBC-yə istinadən xəbər verir ki, ABŞ-ın məşhur kommersiya bankı "Wells Fargo"ya (Uels Fargo) görə, bu trend tərsinə dönəcəkdir və Dollarda sürprizlərə hazır olmaq lazımdır. ABŞ dolları İndeksi bu ilin əvvəlindən bəri təxminən 9% dəyər itirsə də, bu situasiya dəyişəcəkdir.
Banka görə, 2017-ci ilin sonunda daha güclü bir ABŞ dolları görəcəyik.
Bank buna aşağıdakı səbəbləri göstərir.
-Qlobal faiz nisbətləri və iqtisadi artım/inflyasiya arasındakı fərqlər;
-Avro bölgəsindəki siyasi risklər ;
- İnvestorların dollar almağa meyilli olmaları.
Bu çərçivədə, ABŞ Mərkəzi Bankı Fed faizlərini artırıb balansını azaldarkən, Avropa Mərkəzi Bankı neqativ faiz dərəcələrindən qısa zamanda çıxa bilməyəcəkdir. Eyni zamanda, son zamanlar ABŞ-dakı iqtisadi artım və inflyasiya rəqəmləri, Avropaya nisbətən daha sürətli bərpa olunur. "Wells Fargo"ya görə, "hər nə qədər Avro bölgəsindəki iqtisadi inkişaf və inflyasiya bərpa olunmuş olsa da, əsas trendlər hələ də ABŞ iqtisadiyyatını dəstəkləyir".
ƏLAVƏ GƏLİR QAZANMAĞA BAŞLAYIN
"Wells Fargo" Fransadakı seçkilərdən sonra Avropada gündəmdən düşən siyasi qeyri-müəyyənlik mühitinin Avroya dəyər qazandırdığını və seçkilərdən sonra öhdəliklərini yerinə yetirə bilməyən ABŞ rəhbərliyinin də Dollara mənfi əks olunduğunu vurğulayır.
İrəli baxanda isə, Banka görə, yaxınlaşmaqda olan İtalya seçkiləri Avro bölgəsi üçün mühüm siyasi və iqtisadi risk yaradır.
Son olaraq, "Wells Fargo" analitiklərinə görə, ilin əvvəlindən bəri ABŞ dollarına mənfi münasibət göstərən investorlar bu ilin ikinci yarısında Dolların xeyrinə sürprizlər baş verməsi üçün əlverişli şərait də yaradırlar. Həmçinin investorlar gözlənilən səviyyədə Dollar satmayıblar.
Qısası, Bank Dolların bahalaşacağını gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)








.jpg)







