“SİMA İmza”nı yükləyənlərin sayı 2 milyonu ötdü
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış “SİMA İmza” mobil tətbiqinin yüklənmə sayı 2 milyonu ötüb.
2022-ci ildə istifadəyə verilmiş tətbiq vasitəsilə vətəndaşlara, fərdi sahibkarlara və hüquqi şəxslərə SİMA yeni nəsil rəqəmsal imzanın üstünlükləri təqdim olunur. SİMA-da tətbiq edilən süni zəka və biometrik eyniləşdirmə elektron imza sektorunda etibarlılıq amilini yüksək səviyyəyə çatdırıb. Üztanıma texnologiyası isə tətbiqdən sui-istifadə hallarının qarşısının alınmasına xidmət edir.
Hüquqi olaraq əl imzasına bərabər sayılan “SİMA İmza” ilə hazırda 50-dən çox qurum öz xidmətlərini rəqəmsallaşdırıb. 150-ə yaxın dövlət elektron portalına giriş təmin edilib. Müxtəlif sahələr üzrə fəaliyyət göstərən 100-dən artıq qurumla inteqrasiya davam etdirilir.
“SİMA İmza” vətəndaşların və qurumların elektron imza əldə etməsi üçün xidmət mərkəzlərindən asılılığına son qoyub. İnternetə çıxış olan istənilən yerdə, istənilən vaxt smartfon vasitəsilə yeni nəsil rəqəmsal imzanın əldə olunması mümkündür. Bunun üçün sadəcə “SİMA İmza” tətbiqini smartfona yükləyib qeydiyyatdan keçmək kifayətdir. Qeydiyyat təkcə şəxsiyyət vəsiqəsi ilə 1 dəqiqə ərzində yekunlaşır.
İstənilən sistemə inteqrasiya oluna bilən “SİMA İmza” qurumlar üçün limitsiz sayda imzalama imkanı qazandırır. Bununla həm xərclərə, həm də vaxta qənaət edilir. Fiziki müraciətlərin qəbulu üçün əlavə işçi və kağız sənədlər saxlamağa, onları arxivləşdirməyə ehtiyac qalmır. Uzun və yorucu növbə prosesləri aradan qalxır. SİMA rəqəmsal imza ölkənin rəqəmsal transformasiyasını sürətləndirir. “SİMA İmza” mobil tətbiqi dövlət-özəl tərəfdaşlığı çərçivəsində həm vətəndaş məmnuniyyətinin yüksəldilməsinə, həm də şəxslərin rəqəmsal hökumət konseptindəki rolunun aktivləşməsinə təkan verir.
SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 36 d. əvvəl
-
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
13 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 13 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
16 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
17 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?


















.jpg)





