Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub
Rəhman Mərdan oğlu Əliyev Rabitəbankın Müşahidə Şurasının müstəqil üzvü təyin edilib.
Bankın yaydığı məlumatda qeyd edilib ki, təyinat üzrə qərar “Rabitəbank” ASC-nin səhmdarlarının Ümumi Yığıncağının qərarına və Mərkəzi Bankın razılıq məktubuna əsasən verilib.
Rəhman Əliyev, 1999-2003-cü illər üzrə Azərbaycan Dövlət İqtisad Universitetində “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr, 2017-2019-cu illər üzrə isə Azərbaycan Dövlət İqtisad Universitetində eyni ixtisas “Mühasibat uçotu və audit” üzrə magistr təhsili almışdır.
Bank sferasında 20 ilə yaxın peşəkar təcrübəyə malik Rəhman Əliyev ilk əmək fəaliyyətinə 2005-ci ildən etibarən mikro, kiçik və orta biznes kreditlərinin satışı sahəsində başlamışdır. 2009-2013-cü illərdə filial müdiri, 2014-2022-ci illərdə “Pərakəndə xidmətlər”, “Qeyri-kredit satışı və Bank xidmətləri”, “Satış Departamenti” və “Biznesə dəstək” departamentlərində direktor kimi çalışmışdır.
2022-2024-cü illərdə isə “Pərakəndə bankçılıq” üzrə Baş direktor vəzifəsində fəaliyyət göstərmişdir.
Əlavə olaraq bildirmək istərdik ki, Rəhman Əliyev, həmçinin Rabitəbankda Korporativ İdarəetmə Komitəsinin sədri kimi də fəaliyyət göstərəcək.
Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)









