FED kritik qərarını açıqladı
Mərkəzi bankın funksiyalarını yerinə yetirən ABŞ Federal Ehtiyat Sistemi (FED) son dörd ildə ilk dəfə olaraq faiz dərəcəsini aşağı salıb. ABŞ Federal Ehtiyat Sistemi iclasın sonunda faiz dərəcəsini 0,50 faiz bəndi azaladraq 4,75% - 5,00% aralığına endirib.ABŞ Mərkəzi Bankı (FED) səbirsizliklə gözlənilən faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, FED faizlərini 0,50 faiz bəndi azaldaraq 5,25% -5,50% aralığından 4,75% -5,00% faiz aralığına endirdi. Beləliklə, Federal Ehtiyat Sistemi 2020-ci ildən bəri ilk faiz endirimini etdi.
FED-in faizlərini 0,50 faiz bəndi endirməsi iqtisadiyyatda pisləşmənin daha narahatverici olduğuna işarədir.
Bazarlarda FED-in faizlərini 0,25 faiz bəndi, yoxsa 0,50 faiz bəndi azaldacağı barədə fikir ayrılığı var idi. FED-in faizlərini 0,25 faiz bəndi azaldacağı barədə proqnzolar daha üstünlük təşkil edirdi.
0,50 faiz bəndi endirim olacağını proqnozlaşdıranlar, bunu iqtisadi artımın sürətlə yavşlaması, əmək bazarı məlumatlarının zəifləməsi və inflyasiyanın azalması ilə əsaslandırırdılar.
FED-in faizlərini azaltdığıı barədə qərarından sonra Dollar ucuzlaşması, qızılın isə bahalaşması sürətlənib.
0,50 faiz bəndi endirim barədə qərar 11 səsə lehinə, 1 səs əlehinə olmaqla qəbul edilib. Yalnız Fed üzvü Michelle Bowman 0,25 bəndlik endirimə səs verib.
FED rəsmilərinin proqnozları da məlum olub. FED rəsmiləri 2024-cü ildə qalan iki iclasda cəmi 0,50 faiz bəndi azalma proqnozlaşdırırlar.
"FED-in Pul Siyasəti Komitəsi inflyasiyanın davamlı olaraq 2 faizə doğru irəlilədiyinə daha çox inanır. Məşğulluq və inflyasiya hədəflərinə nail olmaq risklərinin təxminən balanslaşdırılmış olduğu qənaətinə gəlib", - FED-in press-relizində deyilir.
FED üzvləri "maksimum məşğulluğu dəstəkləməyə" və inflyasiyanın hədəflərinə qaytarılmasına ciddi sadiq olduqlarını söyləyiblər.
Həmçinin inflyasiyanın “bir qədər yüksək olaraq qaldığı” və məşğulluğun artımının yavaşladığı qeyd edilib.
İqtisadi proqnozlar da açıqlanıb
FED rəsmiləri iqtisadi məlumatlarla bağlı rüblük proqnozlarını ictimaiyyətlə paylaşıblar. Belə ki, 2024-cü il İyun ayında 2,1% proqnozlaşdırılan artım 2%-ə endirilib. 2025-ci il üçün iqitisadi artım proqnozu 2 faiz səviyyəsində saxlanılıb.
İşsizlik üzrə proqnoz 2024-cü il üçün 4%-dən 4,4%-ə, 2025-ci il üçün 4,2 faizdən 4,4 faizə qaldırılıb.
FED-in inflyasiya (PCE) proqnozu 2024-cü il üçün 2,6 %-dən 2,3%-ə yüksəldilib, 2025-ci il üçün 2,3%-dən 2,1%-ə endirilib .
FED sonuncu dəfə 2020-ci ilin mart ayında Covid-19-un iqtisadi təsirləri ilə bağlı artan narahatlıqlar səbəbindən faiz dərəcələrini iki dəfə azaltmışdı. İnflyasiya ilə mübarizə aparmaq üçün bank 2022-ci ilin martından sonra faiz dərəcələrini ardıcıl olaraq artıraraq son 23 ilin ən yüksək səviyyəsinə qaldırmışdı.
FED iyul toplantısında inflyasiyanın hədəfə doğru getdiyini bəyan etmiş və faiz endiriminin qaçılmaz olduğuna işarə etmişdi.
Keçən ay Jackson Hole iclasında FED sədri Jerome Powell pul siyasətini tənzimləmək vaxtının çatdığı mesajını vermişdi. Bu mesaj FED-in sentyabr iclasında yumşaq pul siyasətinə başlayacağı kimi qəbul edilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
7 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul












.jpg)









