“10 min manat ödəyib 1 il gözləmək lazım deyil. Biz 2-3 həftəyə mobil mağazanı təqdim edirik”
"Əvvəllər bir mobil mağaza tətbiqi həlli sifariş verdikdə 10 min manatdan başlayan qiymətlərlə ödəniş edib, üstəlik 1 il də gözləməliydin. İndi artıq bu çox sadədir. Sifarişini verdikdən 2 və ya 3 həftə ərzində biz mobil mağazanı təqdim edirik"."Maffin Tech Solutions" şirkətinin Texnoloji həllər ofisinin rəbəri Bəhruz Ataş İsmayılov ilə müsahibə:
- Bəhruz bəy, ilk növbədə "Maffin Tech"haqqındaoxucularımızı məlumatlandırardınız.
- "Maffin Tech" rəqəmsal həllər və innovativ texnologiyalar təqdim edən bir agentlikdir. Biz, əsasən, iş və xidmət sahələrinin işini sadələşdirmək və optimallaşdırmaq üçün həllər təklif edirik. Müasir texnologiya əsrində artıq bu bir zərurətdir ki, sahibkarlar idarəetmə alətləri arasında texnologiyanı ən 1-ci sıraya alsınlar.
- Hansı həllərdən söhbət gedir?
- İstiqamətlər üzrə həllərimiz müxtəlifdir. Məsələn, elektron vizit kartlarımızdan bəhs edərdim ki, artıq kağız vizitkart daşımaq əsri bitdi. Hərf-hərf ad, hərf-hərf nömrə yazmaq artıq bitdi. Bir toxunuşla məlumatlarınızı qarşı tərəfə ötürün. Əlaqə qurmaq istədiyiniz şəxs sadəcə telefonda yaddaşda saxla düyməsini vursun. Bundan başqa bu vizitkartı da istəsəniz, üzərinizdə gəzdirməyin. Mobil telefonunuzun "Add Wallet"-inə əlavə edin və orada işlədin.
- Maraqlıdır. Bəs mənim kontakt məlumatlarımda dəyişiklik varsa, neynəməliyəm?
- Yeni karta ehtiyac yoxdur. Siz öz hesabınıza daxil olaraq istədiyiniz vaxt məlumatlarınızı yeniləyin. Telefon nömrənizi dəyişin. E-mailinizi əlavə edin və s. Hətta siz oradan xidmət sahənizin kataloqunu da hesabınıza əlavə edə bilərsiniz. Və ya hər hansı şəkilləri və ya faylları oradan paylaşmaq mümkündür. İstəsəniz, görüşlərinizi belə öz hesabınızdan təyin edə bilərsiniz.
-Qiymətlər hansı məbləğlərdədir?
-evisitcard.az saytında tariflər və qiymətlər vardır. 50 manatdan başlayır. Siz oradan rahatlıqla ödənişinizi edib sifarişinizi də verə bilərsiniz.
- Bundan başqa həlləriniz arasında hansılar vardır?
- Bildirdiyim kimi müxtəlif həllərimiz var. Bunlardan "Mobil mağaza" məhsulumuzu qeyd edə bilərəm ki, əvvəllər bir mobil mağaza tətbiqi həlli sifariş verdikdə 10 min manatdan başlayan qiymətlərlə ödəniş edib, üstəlik 1 il də gözləməliydin. İndi artıq bu çox sadədir. Sifarişini verdikdən 2 və ya 3 həftə ərzində biz mobil mağazanı təqdim edirik. Bundan başqa bu həllimiz də satışı təşviq etmək üçün həvəsləndirici maraqlı satış təklifləri də vardır. "Çarxı fırlat" hədiyyə və ya endirim qazan. "Səbəti aç" hədiyyə qazan, bonus topla. Müştəri bonus kartını "Add Wallet"-ə əlavə et, asan idarə olunan olsun və s. Bu həllimiz üçün qiymət siyasətimiz əvvəldən söylədiyimiz məbləğin 10 dəfələrlə aşağısında illik abunəlik şərti ilə hesablanır. Sahibkar ehtiyac duymadığı zaman növbəti il biznesinin inkişafına görə qərar verir ki, davam etsin, ya etməsin.
- Bəhruz bəy, Şirkətiniz digər hansı həlləri təqdim edir?
- Bizim digər həllərimizdən - tapışırıqların idarə olunmasını,GPS izləməni, davamiyyətə nəzarəti, personal qiymətləndirməni qeyd edə bilərəm. Təklif edirəm ki, bu həllər haqqında növbəti müsahibəmizdə daha geniş danışım.
- Müsahibəyə görə, təşəkkür edirəm.
"Maffin Tech"
Sayt: https://maffin.az
Email: [email protected]
Tel: +994 77 209 37 37
Linkedin: https://www.linkedin.com/company/maffintech/mycompany/
Instagram: https://www.instagram.com/maffin.tech/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 saat əvvəl
-
-
4 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
4 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
5 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
6 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
22 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Ən çox oxunanlar
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!























