108 cinayət işi üzrə 102 milyon manat ziyan
"2024-cü il ərzində prokurorluq orqanlarında aparılmış istintaq tədbirləri ilə ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə 134 milyon 944 min manat məbləğində vurulmuş maddi ziyandan 52 milyon 40 min manat, həmçinin qanunvericiliyin tələblərinə əsasən cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 2 milyon 861 min manat vəsaitin ödənilməsinə nail olunmuş, eləcə də 21 milyon 42 min manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmuşdur".
Bunu Baş prokuror Kamran Əliyev “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirib.
Baş prokuror qeyd edib ki, 2024-cü ilin ötən dövrü ərzində ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bu müddətdə vətəndaşların 7808, o cümlədən 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş 4324 müraciətinə baxılaraq, prokuror təsir tədbiri aktlarından istifadə edilməklə aidiyyəti qurumlarla əlaqəli şəkildə qabaqlayıcı tədbirlərin görülməsi, həmçinin cinayət işlərinin başlanması təmin edilmişdir.
Bu müddət ərzində baş idarənin əməliyyat qurumları tərəfindən həyata keçirilən 36 əməliyyat tədbiri nəticəsində 29 şəxs cinayət başında yaxalanmış, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 36 cinayət işi başlanmışdır.
Qeyd edilən dövrdə baş idarə tərəfindən 143 şəxs barəsində baxılması üçün məhkəmələrə göndərilmiş 108 cinayət işi üzrə vurulmuş maddi ziyan -102 milyon 400 min manat təşkil etməklə ibtidai istintaq dövründə 25 milyon 545 min manatın ödənilməsi, həmçinin 20 milyon 760 min manat məbləğində əmlak üzərinə həbs qoyulmaqla ümumilikdə 46 milyon 305 min manat (45,2 faiz) məbləğində ziyanın bərpası təmin olunmuşdur.
Bundan başqa, icraatına xitam verilmiş işlər üzrə 16 milyon 629 min manat məbləğində maddi ziyan ödənilməklə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 2 milyon 68 min manat məbləğində pul vəsaiti ödənilmişdir.
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 8 d. əvvəl
-
-
17 d. əvvəl
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
- 34 d. əvvəl
-
1 saat əvvəl
Gələcəyə böyük addım: Payonix BOKT-un aktivləri və gəlirləri sürətlə artır!
- 1 saat əvvəl
-
1 saat əvvəl
İşdən qanunsuz çıxarılmış 53 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycana gələn turustlərin sayı 10 faizdən çox azalıb
Dəmir zavodu layihəsilə bağlı növbəti müqavilələr imzalanıb - 800 MİLYON DOLLAR İNVESTİSİYA, 1600 İŞ YERİ
Ən çox oxunanlar
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin


























