Samsung bir neçə min işçisini ixtisar edəcək
“Samsung” şirkəti Cənub-Şərqi Asiyada, həmçinin Avstraliya və Yeni Zelandiyadakı istehsal müəssisələrində bir neçə min işçini ixtisar etmək niyyətindədir.
Marja xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Onların fikrincə, ixtisarlar ümumilikdə bu ölkələrdə şirkətin işçi qüvvəsinin təxminən 10%-nə təsir edə bilər.
Nəşrin mənbələri qeyd edib ki, bundan əvvəl Samsung-un Sinqapurdakı bölməsinin əməkdaşları menecerlərlə məxfi görüşə çağırılıb və görüş zamanı onlara qarşıdan gələn ixtisarla bağlı məlumat verilib.
“Samsung” şirkətinin Cənubi Koreyadan kənarda yerləşən bölmələrində təxminən 147 min işçi çalışır ki, bu da Samsung işçilərinin ümumi sayının yarıdan çoxunu təşkil edir.
Bloomberg-in məlumatına görə, şirkətin səhmləri 2024-cü ildə rəqiblərindən süni intellekt (AI) sahəsində geridə qalması səbəbindən 20%-dən çox ucuzlaşıb.
Korporasiyanın süni intellekt texnologiyaları bazarında üzləşdiyi çətinliklər fonunda Samsung bu yaxınlarda Hindistanda və bəzi Latın Amerikası ölkələrində iş yerlərinin təxminən 10%-ni ixtisar edib.
Sentyabrın 23-də Reuters xəbər verib ki, Samsung Vyetnamda OLED displey zavodunun tikintisinə 1,8 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Bildirilib ki, istehsal ölkənin şimalında mövcud Samsung zavodunun yaxınlığında yerləşəcək. Agentliyin məlumatına görə, şirkət indiyədək Vyetnamda altı fabrik və tədqiqat və inkişaf mərkəzi yaradıb. Cənubi Koreya korporasiyasının Vyetnama ümumi investisiyası 22,4 milyard dollara çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
7 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



















.jpg)




