Kapital Bank “COP29 Human Capital Forum” tədbirində 2 mükafata layiq görüldü
(®) Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq “Dayanıqlı gələcək üçün yaşıl insan resursları” şüarı altında “COP29 Human Capital Forum” tədbiri keçirilib.
Tədbirin keçirilməsində məqsəd ölkəmizdə insan kapitalının davamlı inkişafı, işçi bağlılığının gücləndirilməsi, iqlim dəyişikliyi ilə mübarizədə innovativ insan resursları həlləri kimi fərqli təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılması idi.
Tədbirdə bu istiqamətdə uğurlu təcrübə təqdim edən şirkətlər də mükafatlandırılıb. Təltif edilənlər sırasında ölkənin birinci bankı Kapital Bank-da var. “Ən yaxşı işçi bağlılığı strategiyası” və “Ən yaxşı yaşıl İnsan Resursları startegiyası” nominasiyalarında mükafatlar bankın rəsmi nümayəndələrinə təqdim edilib.
Kapital Bank-ın İstedadların İdarə Edilməsi departamentinin direktoru Aygün Musayeva “Yaşıl dünya naminə həmrəylik ili”ndə bu mükafatları qazanmağın qürurunu bölüşüb. “Komandamız dünyanın ən son texnoloji yenilikləri ilə ayaqlaşaraq daim öz üzərində işləyir və bankımızın təqdim etdiyi mükəmməl inkişaf imkanlarından faydalanır. Bu isə bizə müştərilərimiz üçün innovativ xidmətlər təqdim etmək fürsəti yaradır. Biz müasir dövrdə dayanıqlılığın və yaşıl düşüncənin əhəmiyyətini anlayır, inandığımız bu doğru yolda irəlləyir, inkişaf edirik. Biz İnsan Resursları proseslərimizdən kağızı demək olar ki, çıxarmaqla və onları rəqəmsal platformalara daşımaqla yaşıl İR istiqamətində böyük yol qət etmişik. Eləcə də, bankda işləyən hər kəsin burada hər gün özünü xoşbəxt hiss etməsinə və mükəmməl iş yerinin yaratdığı çoxsaylı imkanlardan yararlanmasına böyük önəm veririk. Biz doğru yoldayıq!”.
Xatırladaq ki, ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkətlərdən biri olan Kapital Bank nüfuzlu “Great Place To Work” – “Mükəmməl iş yeri” mükafatını Azərbaycanda alan ilk və tək bankdır. Bank ardıcıl olaraq 2 ildir bu mükafata layiq görülür.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
1 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
1 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
2 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
3 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın














.jpg)









