Coca-Cola-nın satışları 3-cü rübdə azalıb
Amerikanın içki nəhəngi Coca-Cola-nın qlobal satışları üçüncü rübdə 1% azalarkən, Avropa, Yaxın Şərq və Afrika bölgəsində orta gündəlik satış həcmi 2 faiz azalıb.Coca-Cola-nın 27 sentyabrda sona çatan üç aylıq dövr üçün açıqladığı balans məlumatlarına görə, şirkətin gəlirləri üçüncü rübdə 1% azalaraq 11,9 milyard dollara düşüb. Şirkətin xalis mənfəəti 8 faiz azalaraq 2,85 milyard dollar olub.
Coca-Cola-nın orta gündəlik satış həcmi eyni dövrdə 1% azalıb.
Şirkətin üçüncü rübdə Avropa, Yaxın Şərq və Afrika bölgəsindəki zəif performansı diqqət çəkərkən, bu bölgədə əldə etdiyi gəlir 7% azalaraq 2 milyard dollara düşüb.
Avropa, Yaxın Şərq və Afrika regionunda orta gündəlik satış həcmində 2 faiz azalma qeydə alınıb.
Üçüncü rübdə Coca-Cola-nın orta gündəlik satış həcmi Braziliya, Filippin və Yaponiyada artıb, Çin, Meksika və Türkiyədə azalıb.
Şirkət İsraili dəstəkləyən beynəlxalq şirkətlərə qarşı boykotların hədəfinə çevrilib.
İçki nəhəngi, analitiklərin 0,75 dollarlıq proqnozunu üstələyərək, səhmbaşına 0,77 dollar məbləğində mənfəət dərc edib. Gəlir 11,63 milyard dollarlıq proqnozu üstələyərək 11,9 milyard dollar olub.
The Coca-Cola şirkətinin sədri və baş icraçı direktoru Ceyms Quincey, "Bizim biznesimiz dinamik xarici mühit qarşısında dayanıqlılıq nümayiş etdirməyə davam edir" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 11 d. əvvəl
-
-
27 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 54 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir







.jpg)














