Çində qızıla tələb azalıb
Çində qızıl tələbi üçüncü rübdə beşdə birdən çox azalıb.Dünyanın ən böyük istehlakçısı olan Çində qızıla tələb üçüncü rübdə rekord qiymətlər və yavaşlayan iqtisadiyyat ilə əlaqədar olaraq azalıb. Ölkədə zərgərlik məmulatlarının istehlakı düşür.
Marja xəbər verir ki, Bloomberg-in Çin Qızıl Şurasının məlumatlarına əsasən bazar ertəsi apardığı hesablamalara görə, Çində ümumi tələb sentyabr ayına qədər olan üç ayda 22 faiz azalaraq 218 tona düşüb.
Zərgərlik məmulatlarının istehlakı 29 faiz azalaraq 130 tona, külçə və sikkə istehlakı isə 9 faiz azalaraq 69 tona geriləyib.
Qızıl qiymətləri bu il qlobal miqyasda 30 faizdən çox artıb. Mərkəzi banklar tərəfindən artan alışlar və investorların davam edən "təhlükəsiz liman" tələbi sayəsində keçən həftə qıılın qiyməti rekord yeniləmişdi. Artım, bir çox Çin istehlakçısının iqtisadiyyatda uzun müddət davam edən yavaşlamanın gərginliyini hiss etdiyi bir vaxtda zərgərlik məmulatlarını xeyli bahalaşdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 10 d. əvvəl
-
-
26 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 53 d. əvvəl
- 57 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)
.jpg)









.jpg)




