Boeing ilə ilkin razılaşma əldə olunub
ABŞ-ın təyyarə istehsalçısı Boeing və həmkarlar ittifaqı liderləri şirkətin kommersiya təyyarələrinin istehsalına mane olan uzun mübahisəyə son qoymaq üçün ilkin razılığa gəldiklərini açıqlayıb.33 mindən tətil edən işçini təmsil edən həmkarlar ittifaqı liderləri Boeing-in kommersiya təyyarəsi istehsalını ləngidən uzunmüddətli əmək mübahisəsinə son qoymaq üçün ilkin razılığa gəliblər.
Marja.az xəbər verir ki, Şirkətin son təklifi təsdiq olunarsa, dörd il ərzində işçilərin maaşları 38 faiz artırılacaq və işçilər 12 min dollar mükafat alacaqlar. İttifaq noyabrın 4-də təklifi səsverməyə çıxarmağı planlaşdırır.
Oktyabrın 24-də Boeing-in əməkdaşları dörd il ərzində maaşlarının 35 faiz artırılması təklifini rədd edərək, tətili davam etdirmək qərarına gəliblər.
Boeing-in 30 mindən çox işçisi sentyabrın 13-də şirkətin artım təklifini qəbul etməkdən imtina edərək tətilə çıxıblar.
2008-ci ildəki tətil gündə təxminən 100 milyon dollara başa gəlmişdi
2008-ci ildə 8 həftəlik tətil, Boeing-də 1995-ci ildə 10 həftəlik tətildən sonra ən uzunmüddətli tətil olmuş və şirkətə gündə təxminən 100 milyon dollara başa gəlmişdi. Bildirilir ki, “Boeing” 2008-ci ildə olduğundan daha pis maliyyə vəziyyətindədir.
Şirkət 2018-ci ildə İndoneziyada və 2019-cu ildə Efiopiyada ən çox satılan 737 Max təyyarəsinin qəzaya uğramasından sonra 27 milyard dollar itirib.
Vurğulanır ki, “Boeing”in gəlirləri azalsa da, borcları artsa da, şirkətin 500 milyard dollardan çox qiymətləndirilən böyük sifarişləri var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)












.jpg)




