VƏKİL AYRILIR, 24/7 HÜQUQİ DƏSTƏK GÖSTƏRİLİR - Hüquq şirkəti VİP müştərilərə yeni xidmət təklif edir
Azərbaycanın hüquq şirkətindən innovativ premium xidmət!(®) Rightwellton şirkəti ölkəmizdə hüquqi müdafiə sahəsində yenilikləri ilə növbəti dəfə diqqət mərkəzindədir. Şirkət İnnovativ Rightwellton Premium Xidmətini ictimaiyyətə təqdim edib.
Şirkətin icraçı direktoru, ADA Universitetinin müəllimi və Vəkillər Kollegiyasının Fəxri hüquq doktoru Fərid Həsənovun sözlərinə görə, Rightwellton Premium yalnız VIP müştərilər və onların ailə üzvləri üçün fasiləsiz və tam fərdiləşdirilmiş hüquqi müdafiə təqdim edən bir xidmətdir. Bu konsepsiya yalnız hüquqi problemlərin həlli ilə məhdudlaşmır, həm də hüquqi təhlükəsizliyi həyatınızın ayrılmaz hissəsinə çevirməyi hədəfləyir.

Fərid müəllim Rightwellton Premiumun üstünlüklərini belə şərh edir:
1. Fasiləsiz hüquqi yardım
Hüquqi problemlər nə vaxt və harada yaranırsa yaransın, həll üçün fasilə olmamalıdır. Rightwellton Premium VIP müştərilərinə ailələri ilə birlikdə 24/7 hüquqi dəstək təqdim edir. Hər hansı bir təcili vəziyyətdə şəxsi hüquq məsləhətçiniz həmişə əlçatandır. Bu yanaşma ilə siz hüquqi məsələlərdə heç vaxt tək qalmırsınız.
2. Şəxsi vəkil dəstəyi
Hər bir ailənin hüquqi tələbləri unikal və fərqlidir. Buna görə də, hər müştərimizə şəxsi vəkil ayrılır. Bu vəkil, ailənizin bütün hüquqi ehtiyaclarını qarşılayır, ailə mülklərinin qorunmasından tutmuş fərdi hüquqi problemlərə qədər hər sahədə davamlı dəstək göstərir.
3. Qlobal təcrübə və təhlükəsizlik
Hüquq yalnız yerli müstəvidə cərəyan etmir, bu baxımdan Rightwellton Premium həmçinin qlobal miqyasda hüquqi müdafiə təmin edir. Xarici hüquqi problemlərdən tutmuş beynəlxalq aktivlərin qorunmasına və kompleks ticari mübahisələrin həllinə qədər geniş sahələrdə müştərilərinin yanındadır.
4. Xidmətdə məxfilik
Hüquqi məsələlərdə məxfiliyin və güvənin nə qədər vacib olduğunu bilirik. Rightwellton Premium ailənizin hüquqi maraqlarını ən yüksək məxfilik səviyyəsində qoruyur. Müştərilərin, daha da önəmli ailələrinin təhlükəsizliyi və maraqları hər zaman prioritetdir.
Qısası, Rightwellton Premium hüquqi dəstəyi bir xidmət olmaqdan çıxararaq, həyatınızın bir hissəsinə çevirir.
+994505004446
+994554152828
Çinar Park Biznes Mərkəzi, 2-ci bina, 2-ci mərtəbə
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 12 d. əvvəl
-
-
23 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Kürdəmirdə də "Bazarstore" açılacaq
“Günaydın” restoranı yeni filialını açır











.jpg)


.jpg)










