Azərbaycanda İPO-ların vergi güzəştləri vasitəsilə dəstəklənməsi planlaşdırır
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İPO-ların vergi güzəştləri vasitəsilə dəstəklənməsini planlaşdırır.
Bunu Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Samirə Musayeva “Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” mövzusunda keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, kapital bazarlarının inkişafı ölkənin prioritet sahələrindən biridir.
"Bu istiqamətdə Azərbaycan Mərkəzi Bankı (AMB) ilə birgə qanunvericiliyin təkmilləşdirilməsi üzərində iş aparılır. “Hüquqi bazanın yaradılması ilə yanaşı, bu sahədə institusional bazanın da formalaşdırılması vacibdir. Birjanın fəaliyyəti və onun üzvlərinin inkişafı bu prosesin ayrılmaz tərkib hissəsidir”, - deyə S.Musayeva qeyd edib.
DVX-nin rəis müavini xatırladıb ki, kapital bazarının inkişafına dəstək məqsədilə 2023-cü il fevralın 1-dən etibarən, tənzimlənən bazarda ticarətə buraxılan səhm üzrə əldə edilən faiz, dividend və diskont gəlirlərinə 5 illik vergi azadolmaları tətbiq edilib: "Bundan əlavə, 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək Vergi Məcəlləsinə dəyişikliklərinə uyğun olaraq, birjada ticarət olunan səhmlərin alqı-satqısını həyata keçirən və İPO-ya çıxan müəssisələrə investisiya marağını artırmaq üçün çevik vergi tənzimləmələri nəzərdə tutulur".
S. Musayeva əlavə edib ki, hazırda Dövlət Vergi Xidməti və Azərbaycan Mərkəzi Bankı kapital bazarları ilə bağlı hüquqi və institusional bazanın hazırlanması üzərində işləyir. “Bu hazırlıqlar tamamlandıqdan sonra İPO-ların vergi yolu ilə dəstəklənməsi istiqamətində tədbirlər həyata keçirəcəyik”.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
25 d. əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
-
- 47 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
1-ci rübdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bank sektorunda təmərküzləşmə azalıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Ən çox oxunanlar
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU




.jpg)
.jpg)





.jpg)








