Nazirlər Kabinetində ixtisarlar başladı
Nazirlər Kabinetində həyata keçirilən ciddi ixtisarların və 8 şöbə müdirinin vəzifəsini itirməsinin detalları məlum olub.
Dövlət başçısının məlum Fərmanı ilə NK-nin strukturunda aparılan islahatların mahiyyəti mobilliyi və çevikliyin təmin olunması ilə bağlıdır. Belə ki, hökumət aparatında bir-birinin fəaliyyətini təkrar edən şöbələrin ixtisara salınması və ya birləşdiriləməsi həyata keçirilir.
Fərmana əsasən, NK-nin humanitar və sosial şöbələri birləşdirilərək bundan sonra Humanitar – Sosial adlanacaq. Rabitə və Nəqliyyat şöbəsi Tikinti – Kommunikasiya şöbəsi ilə birləşdirilib.
Daha sonra Xarici iqtisadi əlaqələr şöbəsi MDB ölkələri ilə əlaqələr şöbəsi ilə birləşdirilərək Beynəlxalq Əlaqələr şöbəsi adlandırılacaq. NK-nin ən böyük və bir neçə sahəni əhatə edən Ümumi şöbəsi ləğv edilərək Sənədlərlə, Vətəndaşların müraciəti üzrə iş şöbəsi yaradılır.
Məlumata görə ləğv olunan və birləşdirilən şöbələrdə artıq ştatların hamısı aradan qaldırılacaq, ixtisarlar həyata keçiriləcək.
İxtisarların şöbə müdirləri ilə yanaşı baş nazirin müavinlərinə də təsirsiz ötüşməyəcəyi gözlənilir. Lakin baş nazirin müavini vəzifəsinə təyinat və ya azadetmə prezidentin səlahiyyətinə aid olduğu üçün sözügedən ixtisarların hələ ki, onlara şamil olnub - olunmayacağı haqda məlumat yoxdur.
XXX
Nazirlər Kabinetinin aparatında struktur dəyişikliyi edilib.
Dəyişiklik nəticəsində 8 şöbə müdiri işdən çıxarılıb. Bundan əlavə, digər bölmələrdə də ixtisarlar olunub.
Məsələ ilə bağlı Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əli ilə əlaqə saxlanıb.
O, dəqiq rəqəm açıqlamasa da, bildirib ki, dəyişikliklər prezident İlham Əliyevin 23 avqustda verdiyi fərman əsasında aparılır: “Fərmanda qeyd olunur ki, aparatın yeni ştat cədvəli 1 ay müddətinə tərtib olunmalıdır. Ştat sayı isə 200 nəfər olmalıdır.
Ona görə də cənab prezidentin fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin strukturunda yenilənmələr gedir. Proses hələlik gedir, ancaq başa çatmayıb. Buna uyğun olaraq da işdən çıxarılanlar mütləq olacaq. Həmçinin şöbələrin adları da dəyişdirilir, bir qismi birləşdirilir. Yalnız Mətbuat Xidməti şöbəsinin adında dəyişiklik edilməyib. Çünki cənab prezident mətbuatın dostudur”.
© Qafqazinfo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 6 d. əvvəl
-
-
20 d. əvvəl
“Bank Respublika”dan Beynəlxalq Təhlükəsiz İnternet Günündə müştərilərə tövsiyələr
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət, Azərbaycanın və xalqın mənafelərinə zərər vuran biznesi investordan alacaq
-
1 saat əvvəl
Ekspertiza müddəti azalaca - "Patent haqqında" qanuna dəyişikliklər edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Ən çox oxunanlar
Fevralın 11-də gözlənilən hava şəraiti
Bu həftə Rusiya Mərkəzi Bankı faiz qərarını açıqlayacaq






























