"Qara Cümə", "Şükran Günü və "Kiber Bazar ertəsi"ndə satışların məbləğləri açıqlanıb
"Kiber Bazar ertəsi" günü ABŞ-da 13,3 milyard dollar, qlobal miqyasda isə 49,7 milyard dollar xərclənib. Bu, 2023-cü illə müqayisədə ABŞ-da 7,3 faiz, qlobal miqyasda isə 3 faiz artım deməkdir. "Qara Cümə" "Kiber Bazar ertəsi" ilə müqayisədə daha böyük xərcləmə gününə çevrilib. Dünya üzrə onlayn satışlar 74,4 milyard dollar, ABŞ-da isə 17,6 milyard dollar təşkil edib.Bayram alış-veriş mövsümünün ən aktiv dövrlərindən biri olan "Şükran Günü" və "Qara Cümə" günündən sonra gələn "Kiber Bazar ertəsi"ndə Dünya üzrə istehlakçılar onlayn olaraq 49,7 milyard dollar xərcləyiblər.
Marja "Adobe"a istinadən xəbər verir ki, ABŞ istehlakçıları təkcə "Kiber Bazar ertəsi" günündə 13,3 milyard dollar xərcləyib ki, bu da 2023-cü ilə nisbətən 7,3 faiz artım deməkdir. "Salesforce"un məlumatları, ABŞ-da istehlakçıların 12,8 milyard dollar xərclədiyini, qlobal artımın 3 faiz, ABŞ-da isə artımın cəmi 2 faiz olduğunu göstərir.
"Kiber Bazar ertəsi" "Qara Cümə"dən geri qalır
Qlobal xərclər baxımından "Kiber Bazar ertəsi" "Qara Cümə"dən geri qalır. "Salesforce"ın məlumatlarına görə, "Qara Cümə" günü dünya üzrə onlayn satışlar 74,4 milyard dollara çatıb. Dünya miqyasında "Şükran Günü"də 33,6 milyard dollar xərclənib.
"Adobe" hesab edir ki, ABŞ-da tətil zamanı cəmi onlayn satışlar 8,4 faiz artaraq 240,8 milyard dollara çatacaq. "Kiber Bazar ertəsi" "Adobe" tərəfindən "bütün zamanların ən böyük onlayn alış-veriş günü" olaraq təyin olunur.
"Kiber Həftə" adlanan "Şükran Günün"dən "Kiber Bazar" ertəsi gününə qədər davam edən beş günlük müddətdə ABŞ-da 41,1 milyard dollarlıq satış həyata keçirilib. Bu, 2023-cü illə müqayisədə 8,2 faiz artım deməkdir.
Bu məlumatlar göstərir ki, onlayn alış-veriş qlobal miqyasda böyüyür və bayram alış-veriş mövsümü iqtisadi baxımdan mühüm dövrə çevrilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)



